NATO: "Getdikcə aqressivləşən Rusiyaya qarşı hazır olmalıyıq"

img

03-10-2023 [12:44]


"NATO yeni müdafiə strategiyasına uyğun olaraq, sürətli hərəkət qabiliyyətini daha da artırmalıdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Polşada keçirilən Varşava Təhlükəsizlik Forumunda NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer çıxışında deyib.

O bildirib ki, NATO yeni müdafiə strategiyasına uyğun olaraq sürətli hərəkət qabiliyyətini daha da artırmalıdır: "Biz Alyans üzvlərinə qarşı mümkün hücum zamanı bir ay ərzində 300 min əsgəri səfərbər etmək və onları vahid komandanlıqda idarəetmə siyasətimizi gücləndirməliyik".

Bauerin sözlərinə görə, pis və getdikcə aqressivləşən düşmənə - Rusiyaya qarşı hazır olmalıdılar: “Ona görə də 2019-cu ildə biz hərbi strategiyamızı dəyişməyə başladıq. Vilnüsdəki toplantımızda isə daha müfəssəl planların qəbul edilməsinə nail olduq. Əgər hücuma məruz qalırsansa, o zaman əsk hücuma mütləq hazır olmalısan. Hazırda NATO üzləşmə ehtimalı olan iki nühüm tədbirə - Rusiya və terror qruplarının hücumuna qarşı necə qorunmağın planını hazırlayıb".

Tədbirdə çıxış edən Sloveniyanın müdafiə naziri Marjan Sarec də NATO-nun bir yerdə olduğu təqdirdə müvəffəqiyyətli ola biləcəyini ifadə edib: "Hamımız birlikdə uğur qazana biləcəyimizin fərqində olmalıyıq. NATO-nun beyin ölümü halına gəlmədiyi üçün çox xoşbəxtəm".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR