Emre Belözoğlu Ankara komandası ilə anlaşdı (Yenilənib)

img

03-10-2023 [13:27]


Tolunay Kafkasla yollarını ayıran "MKE Ankaragücü" klubunun rəhbərliyi baş məşqçi vəzifəsi üçün Əmrə Belözoğlu ilə anlaşıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə "Ankaragücü" klubuinun prezidenti Faruk Koca açıqlama verib: "Əmrə Belözoğlu ilə hər mövzuda anlaşdıq. Hər iki tərəfə xeyirli olsun".

***

"Başakşehir"in 3 həftə əvvəl istefaya göndərilən baş məşqçisi Emre Belözoğlu superliqaya geri dönür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Başakşehir"lə yollarını ayıran Emre Belözoğlu ilə turnir cədvəlinin aşağı pillələrində qərarlaşan "MKE Ankaragücü" və "Samsunspor" klublaırnın rəhbərliyi danışıqlar aparırlar. 

Məlumata görə, hər iki klubun rəhbərliyi onu komandalarının sükanı arxasına gətirməyə çalışır: "Xüsusilə 6 xalla 14-cü pillədə qərarlaşan "Ankaragücü" Belözoğlu ilə anlaşmağa daha çox israr edir. "Samsunspor" isə onunla yanaşı, Rıza Çalımbayla danışıqlar aparır".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub