Prezident İlham Əliyev Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib - MƏTN

img

03-10-2023 [11:08]


Prezident İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Camal Rəşidə təbrik məktubu göndərib.

Mia.az xəbər veirr ki, məktubda deyilir:

"İraq Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan-İraq münasibətləri birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost İraq xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR