Rəsmi Bakı: “Etnik təmizləmə” ifadəsi qəbuledilməzdir, köçün sərbəst baş verir" - "Əgər silahları təhvil versələr, azaddırlar və..."

img

01-10-2023 [09:21]


"Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən, firavan və hər şeydən öncə dinc regiona çevrilməsini istəyir".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AFP-yə deyib.

Erməniəsilli sakinlərin bölgəni tərk etməsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi “etnik təmizləmə” ifadəsini qəbuledilməz olduğunu vurğulayaraq köçün sərbəst şəkildə baş verdiyini diqqətə çatdırıb: “Bilirik ki, ermənilər və beynəlxalq KİV bütün əsgərləri həbs etmək niyyətimizin olduğunu deyir. Əgər silahları təhvil versələr, azaddırlar və Ermənistan Respublikasına getmək imkanları var”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR