Bu həyatdan vaxtsız gedən, amma daim qəlblərdə yaşayan güclü qadın Qənirə Paşayeva...
30-09-2023 [22:09]
Çoxları deyirlər ki, onu zəmanə birdə yetirməz, xalqımız o cür aydını yüz ildən bir yetirər.
Doğru da deyirlər. O, elə bir işıqlı sima idi ki, onun yolu ilə çoxları getmək istərdi. Yüzlərlə gənc qıza örnək olacaq bir həyat yaşadı, zəhməti, əməyi ilə ucaldı. Gənc qızlar özlərini ona bənzətmək istədilər. Mənim kimi jurnalist olmaq istəyən qızların əksəriyyəti onun kimi olmaq istəyib. Biz onu özümüzə bir örnək bilirdik. Heyf, çox heyf ki, o işıq tez söndü...
Qənirə Paşayevadan danışıram - bütün türk dünyasının Asenası sayılan gözəl Azərbaycan qızından. Bu gün onun ruhu işığında qəlbimdən keçənləri yazmaq istəyirəm...
O, çox güclü, vətənpərvər, xalqına, elinə bağlı bir qadın olmuşdur. Hər zaman xalqına, millətinə canıyananlıq etmiş, öz sevgisini əsirgəməmişdir.
Belə yerdə deyiblər ki "Aslanın erkəyi dişisi olmaz".
Bu ifadəni bütünlüklə Qənirə xanıma aid etmək olar. Bütün bunlarla yanaşı, Uca Allah ona yaşadıqlarını və gördüklərini qələmə almaq istedadını da vermişdir. O, ürəyə yatımlı, dərin mənalı şeirlərin müəllifidir.
Qənirə xanımın bir fikri idi: insan öləndə, bu dünyadan heç nə aparmır, bu həyatda elə yaşamaq lazımdır ki, səndən sonra sənin yaxşı adın qalsın.
Həqiqətən də Qənirə xanım da illər keçsə, yaddaşlardan silinməyəcək iz buraxdı.
Bugünki gündə onunla canlı görüşmək, ünsiyyətdə olmaq xəyalını quran jurnalistika fakültəsində oxuyan bir gənc tələbə üçün Qənirə xanım haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağır və çətindir. Gənc bir qız olaraq o qadının hazırcavblığına, mərdliyinə, öz işinə olan sevgisinə həmişə heyran qalmışam.
Bu itki təkcə mənim üçün deyil, bütün Azərbaycan xalqı üçün böyük itki oldu. Onun dəfnində yaşanan izdiham bir daha sübut etdi ki, uşaqdan-böyüyə hər kəsin sevgisini, rəğbətini qazanmışdır.
Buradan da Qənirə xanımın ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, özünə isə rəhmət diləyirəm! O, hər zaman bizimlə idi və əbədi olaraq bizimlə qalacaq.
Nuray Məmmədrzayeva,
Bakı Slavyan Universiteti Jurnalistika fakültəsinin tələbəsi
MİA.AZ
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq