Hafiz Hacıyev Zakir Qaralova müraciət edəcək

img

03-06-2014 [15:19]


Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə heyətinin növbəti toplantısı keçirilib.Toplantıda ilk öncə ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib. Daha sonra partiyadaxili məsələlər müzakirəyə çıxarılıb. 

 Qeyd edek ki,toplantının gündəliyində duran əsas məsələ son günlər ölkə gündəmini məşğul edən bəzi xarici səfirliklərin aktivləşməsi və onların dəstəyi ilə daha da radikallaşan partiya rəhbərlərinin dövlət əleyhinə atdığı addımlar olub.

 Toplantıda çıxış edən MMP sədiri Hafiz Hacıyev bəzi partiya sədrlərinin yenidən radikallaşmasının səbəbinin araşdırdığını və baş verənlərin real səbəbləri üçün lazımı instansiyalara müraciət etmək istədiyini deyib. Hafiz Hacıyev hələ keçən il Əli Kərimovun Əbülfəz Elçibəyi zəhərlədiyi haqda hüquq mühafizə orqanlarına etdiyi müraciətin nəticəsinin onu qane etmədiyini deyib:

”Baş verənlər məni çox narahat edir.Əli Kərimovun cinayət işinin araşdırılmasının üstündən az qala bir il vaxt ötür. Faktla bağlı 100 nəfərə yaxın insan dindirilib və Əbülfəz Elçibəyin zəhərlənməsi faktı tam sübuta yetirilib.Ancaq əfsuslar olsun ki, bu günə qədər müsbət heç bir nəticə əldə edilməyib. Düşünürəm ki, baş verənlər haqqında Baş prokuror Zakir Qaralova müraciət etməyin artıq zamanıdır. Bu səhlənkarlığın bir sonu, bir nəticəsi olmalıdır. Bu gün xarici səfirliklərin dəstəyi və maliyə yardımı ilə dirçələn və daha da radikallaşan Kərimov Əlinin cinayət işinin yarımçıq və nəticəsiz qalması mütləq araşdırmalıdır. Əks təqdirdə ölkə prezidentinə müraciət edəcəm”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA