Ramil Usubov deputatın qardaşının vəzifəsini aşağı saldı

img

29-05-2014 [15:40]


Millət vəkili Ceyhun Osmanlının qardaşı Faiq Osmanlı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Göyçay Rayonlararası Mühafizə bölməsinin rəisi vəzifəsindən azad olunub.

Vəzifəsi kiçildilərək Ağdaş rayon Mühafizə Bölməsinin rəisi vəzifəsinə təyin olunub. Mühafizə Bölməsinin kadrlar şöbəsindən məlumatı Aktual.az-a təsdiqləyərək bildiriblər ki, Osmanlı Faiq Yunis oğlu may ayının 23-dən Ağdaş rayon Mühafizə Bölməsinin rəisi vəzifəsində çalışır.

Məlumat üçün bildirək ki, Aznews.az saytı deputatın atası, Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələr üzrə müavini Yunis Osmanovun Ağdaşdakı imarətinin mühafizəsini oğlu Faiq Osmanlının rəhbəri olduğu bölmənin əməkdaşları tərəfindən həyata keçirildiyi, Mühafizə Bölməsinin xidməti avtomobillərinin burada istifadə olunması və bölmənin işçilərinin ərazinin mühafizəni təmin etməsi barədə xəbər yaymışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA