Xankəndi yaxınlığında partlayış: 48 nəfərin cəsədi çıxarılıb - VİDEO

img

29-09-2023 [17:33]


Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Mia.az xəbər verir ki, bu barədə FHN məlumat yaylıb.

Bildirilib ki, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR