Əvvəl Napoleonun vətəni, indisə Brittani... - Fransada daha bir bölgə geniş muxtariyyət istəyir

img

29-09-2023 [16:06]


Fransa prezidenti Emmanuel Makronun ölkənin 18 bölgəsindən biri olan Korsikaya dünənki səfərində "Biz bu adaya daha geniş muxtariyyət verəcəyik" bəyanatını səsləndirməsi ölkədəki digər bölgələri də ayağa qaldırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Makronun bu bəyanatından sonra Brittani bölgəsi də daha çox muxtariyyət istəyib.

Məlumata görə, Fransa Regionlar Konqresinin iclasında danışan Brittani Regional Şurasının rəhbəri Loiq Çesnais-Girard deyib ki, Korskiaya tanında status onlara da tanınmalıdır: “Prezidentin Korsika üçün dil, daha üstün çox azadlıq və muxtariyyət haqqında sözlərini dinlədim. Eyni halları biz də tələb edirik. Əgər Korsikaya geniş imkanlar verilirsə, bizə niyə verilməsin ki?! Əks halda köhnəlmiş üsulla bizi mərkəzə bağlaya bilməyəcəklər".

Xatırladaq ki, dünən Makron daha çox muxtariyyət tələbi ilə gündəmə gələn Korsika adasına səfər edib.

Fransa prezidenti orada “Korsikaya xas muxtariyyət” çağırışı edib və adadakı siyasi partiyalara ortaq mətn üzərində razılaşmaq üçün 6 ay vaxt verib.

Qeyd edək ki, Napoleon Bonapartın doğulduğu Korsika adası dili və mədəniyyəti, o cümlədən coğrafi baxımdan İtaliyaya daha yaxındır, 18-ci əsrdən etibarən Fransanın tərkibindədir.

Ölkənin 18 bölgəsindən biri sayılan və 350 min əhalisi olan ada 2018-ci ildən etibarən “xüsusi regional bölgə” statusu ilə idarə olunur.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR