Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-09-2023 [00:00]
Qoç - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq. Çətinliklər və sədlərə rəğmən niyyətinizə çatacaqsınız. Prosesi sadələşdirmək və asanlaşdırmaq üçün hiyləgərlik etməli olacaqsınız. Durum sizi narahat etməsin. Yaxın ətrafınızdakı insanlara zərər verməyin.
Günün ikinci yarısında işdə rəhbərliklə intensiv ünsiyyət məsləhət deyil. Subordinasiyaya riayət edin, işgüzar etiketi unutmayın. Axşam saatlarında açıq havada daha çox vaxt keçirin. Özünüzü yaxşı hiss edəcəksiniz, əhvalınız yaxşılaşacaq. Təşəbbüskar olun. Dəyər verdiyiniz insanı qonaq çağırın.
Buğa - günün ilk yarısı pis olmayacaq. Saatlar keçdikcə işlərdə irəliləyişlər artır. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı görəcəklər. Zəhmətinizə görə yaxşı pul ala bilərsiniz. Peşəkar fəaliyyət müstəvisində uğurlu zamandır. Fəaliyyətiniz ən müxtəlif insanlarla təmasları, çoxsaylı əlaqələri ehtiva edir.
Qüvvənizə əmin olun. İstəsəniz, həll edə bilməyəcəyiniz problemlər yoxdur. Qəfil romantik etiraf, tədbirə dəvət istisna deyil.
Əkizlər - mühüm işləri təxirə salmayın. Çətin işə nə qədər tez başlasanız, o qədər ciddi uğurlara nail ola bilərsiniz. Günün ilk yarısında işgüzar görüş və danışıqlar pis alınmayacaq. İşdə maaşın artırılması və ya karyeranın inkişafı məsələlərini rəhbərliklə müzakirə etmək olar.
Məhz bu söhbətdən sonra iş yerini dəyişmək barədə fikirdən əl çəkə bilərsiniz.
Günün ikinci yarısı şəxsi münasibətlər baxımından pis gün deyil. Münasibətləri harmonik edin. Təşəbbüskar olun.
Mebel, məişət texnikası və interyer predmetləri almaq olar.
Xərçəng - günün ilk yarısı uğurlu gündür. Çoxdan bəri başladığınız işləri başa vurun. Yeni işə başlamazdan əvvəl bütün detalları nəzərdən keçirin. Müttəfiqlərin azlığından şikayətlənə bilərsiniz. Yaxın ətrafınızdakı insanlar arasında potensial tərəfdaşlar var. Mühüm informasiya ala bilərsiniz.
Günün ikinci yarısında yeni təcrübə və bilik əldə edəcəksiniz.
Şəxsi münasibətlərdə situasiya normaldır. Hadisələr planlaşdırdığınız məcrada inkişaf edir. Çoxdankı arzularınızdan biri reallaşa bilər.
Yeni yaşayış yerinin axtarışları, köç üçün münasib zamandır.
Şir - işlər istədiyiniz kimi getməsə, narahat olmayın, bədbinliyə qapılmayın. Situasiyadan öz maraqlarınız üçün istifadə edə bilərsiniz. İmprovizələr pis alınmayacaq. Yaxın ətrafınızdakı insanların diqqət mərkəzində olacaqsınız.
Yeni münasibətlər sürətlə inkişaf edəcək və bu durum sizi sevindirəcək.
Günün ikinci yarısında qohumlardan biri ilə bağlı yaxşı xəbər alacaqsınız. Dəyərli hədiyyə almağınız, gəlir əldə etməyiniz istisna deyil. Dəvət aldığınız tədbirə qatılın. Axşam saatlarında normal istirahət edin.
Qız - günün ilk yarısında hadisələr mahiyyət etibarilə müsbət məcradadır. Bədbinliyə qapılmayın, narazılıq üçün yeni səbəblər aramayın. Bu gün yaranacaq bəzi məqamlara görə mühüm saydığınız planların reallaşdırılmasını təxirə salmalı olacaqsınız. Nigaran qalmayın - yaşananlar faydalıdır.
Çoxsaylı səhvlərə yol verməmək üçün düşünüb-daşınandan sonra addım atın.
Sevdiyiniz insanda günün ikinci yarısında xoşagəlməz söhbət ola bilər. Qarşılıqlı iradlar çoxdur və onlar səslənəcək. Münasibətlərin qorunması sizdən asılıdır. İfrat incik olmasanız, ciddi münaqişə yaranmayacaq.
Tərəzi - həftənin ən uğurlu günüdür. İdeyalarınızdan biri reallaşa bilər. Əhvalınız pis deyil. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlar üçün problemlər yaratmayın.
Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz planlardan birini həyata keçirə bilərsiniz.
Günün ikinci yarısında alış-veriş edə bilərsiniz. Spontan şəkildə pul xərcləməyin. Pulları mənasız yerə sərf etməyin. Çalışmaq istədiyiniz yerin rəhbər ilə müzakirələr üçün münasib zamandır. Yekun qərar verməyə tələsməyin. Düşünülməmiş addım atmayın. Daha sərfəli şərtlərə nail ola bilərsiniz.
Əqrəb - peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlər üçün yaxşı gündür. İşgüzar məziyyətlərinizin nümayişi üçün yaxşı zamandır. İntuisiyanız sizi aldatmayacaq. Təxirə salınması mümkün işlərlə yanaşı təcili həllini tələb edən probelmləri müəyyənləşdirin. Əməkdaşlığın sərfəli olduğu insanlarla uzaq durmağınızın məsləhət olduğu adamları tanıyın.
Günün ikinci yarısında sayıq və diqqətli olun. Belədə ən məkrli bədxahlar sizə zərbə vura bilməyəcəklər. Onları qısa zamanda faş edə bilərsiniz.
Fiziki iş və idman üçün yaxşı zamandır. Əla formadasınız. Yorğunluq hiss etməyəcəksiniz.
Oxatan - qarışıq, laübəli, mürəkkəb gündür. Buna rəğmən, maraqlı proseslər yaşanacaq. Zəhmətdən qaçmayıb səy göstərsəniz, işləriniz uğurlu alına bilər. Ənənəvi həll variantları və sınanmış vasitələr effektiv deyil. Yeni variantlar seçin. Qətiyyətli davranın, iradəli olun.
Günün ikinci yarısında işdə uğurlar istisna deyil. Şəxsi münasibətlərinizdə müsbət dəyişikliklər olacaq. Axşam saatlarına yaxın yeni romantik münasibətlər başlanacaq. Tərəfdaş və müttəfiqlərlə əməkdaşlığın fərqli variasiyalarını sınaqdan çıxara bilərsiniz.
Sevdiyiniz insana hədiyyə alın.
Oğlaq - günün ilk yarısında çətinliklərə həddən ciddi yanaşmayın. Bəzi hadisələr sizi təbdən çıxara bilər. Məqsədə doğru aparan yolda dəf edilməsi mümkünsüz sədlərlə maneələr yoxdur. Sınanmış, köhnə dostlara yardım üçün müraciət edə bilərsiniz. Onlar məqsədə mümkün qədər tez çatmağın yolunu göstərəcəklər.
Günün ikinci yarısında aktiv olun, tərəddüd etməyin. Gözlənilməz xərclər istisna deyil. Uğursuz alış-veriş əhvalınızı korlayacaq. Maliyyə fonu ümidsiz deyil. Gəlirlər az olsa da, problemlərdən birini həll etməyə imkan verir.
Axşam saatlarında normal istirahət edin.
Dolça - tələskənliyə yol verməyin. Mühüm qərarları düşünmədən qəbul etməyin. Yeni layihələrdən birini reallaşdırmaq olar. Fəaliyyətinizin məhsuldar olmasına çalışın. Yeni tanışlıqlardan biri yetərincə faydalı ola bilər.
Günün ikinci yarısında işgüzar münasibətlərin inkişafına çalışın. Karyeranızda irəliləyişinizə təkan verə biləcək insanla qarşılaşacaqsınız.
Yaşam potensialınızın səviyyəsi yüksək olacaq. Səhhətinizdə problemlər olmayacaq.
Axşam saatları ünsiyyət üçün əlverişlidir. Yaxınlarınızla bahəm, yeni tanışlarla bir araya gələ bilərsiniz.
Balıqlar - günə erkən başlayın. İşlərinizdə ardıcıl, məntiqli davranın. Müsbət təmayüllərin təsiri güclü olsa da, saatlar keçdikcə problemlərin sayı artacaq.
Sənədlər və mürəkkəb avadanlıqla çalışmaq olar. Diqqət, səliqə tələb edən işlərdə sərvaxt davranın.
Günün ikinci yarısında yaşlı qohumlarla münasibətləri korlamayın. Hansısa məsələ ilə bağlı fərqli fikirləriniz varsa, diqqətli olun. Qarşılıqlı anlaşmaya nail olmaq, mübahisəyə yol verməmək mümkündür. Dəvət aldığınız tədbiri qulaqardına vurmayın.
Axşam saatlarında normal istirahət edin.
Milli.Az
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq