Ermənilər Azərbaycanın Beyrutdakı səfirliyinə hücum edib

img

28-09-2023 [23:41]


Ermənilər Azərbaycanın Beyrutdakı səfirliyinə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Azərbaycanın Beyrutdakı səfirliyi yaxınlığında toplaşan erməni əsilli qrup təhlükəsizlik qüvvələrinə hücum edib.

Məlumata görə, Azərbaycan səfirliyi yaxınlığında toplaşan erməni əsilli bir qrup molotof kokteyli, atəşli fişəng, daş və çomaqlarla  Livanın təhlükəsizlik qüvvələrinə hücum çəkiblər.

Məılumata görə, təhlükəsizlik qüvvələri səfirliyin yerləşdiyi küçənin girişinə  barrikada qurub və Livandakı Erməni Daşnak Partiyasının üzvlərinin ihüvumuna imkan vermıəyib.0 zdihamını keçirməyə imkan verməyib.

Nümayişçilər Azərbaycan və Türkiyə əleyhinə şüarlar səsləndirib, Qarabağla bağlı plakatlar qaldırıblar.

Polis aqressiv kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Hücumlarını təxminən 2 saat davam etdirən etirazçılar təhlükəsizlik qüvvələrinin bəzilərinin yaralanmasına səbəb olub. Təcavüzkar qrupla polis arasında tez-tez dava-dalaşın, itkilərin olduğu müşahidə edilib.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR