Bakıda uçan keçid deputatın atasına məxsus olub-yenilənib

img

03-06-2014 [12:46]


Ötən gün Şıxov qəsəbəsində uçan piyada keçidinin kimə məxsus olması məlum olub.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən "Grand Park” keçmiş prokuror Şükür Rzayevə məxsusdur. Ş. Rzayev 1994-1998-ci illərdə Bakı Şəhər prokuroru vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, Ş. Rzayev millət vəkili Rövşən Rzayevin atasıdır.

Xatırladaq ki, ötən gün Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidi yükqaldırıcı kran maşınının sürətlə ona dəyməsi nəticəsində uçub. Hadisə nəticəsində ümumilikdə 6 nəfər yaralanıb.


*** 

Millət vəkili Rövşən Rzayev "Grand Park”ın onun atası Şükür Rzayevə məxsus olması ilə bağlı yazılanlara münasibət bildirib.

R. Rzayev "Qafqazinfo”ya açıqlamasında məsələyə belə reaksiya verib

"Onu sizə kim deyib. Elə şey yoxdur. Mənim atam dünyasını dəyişib. Ayıbdır elə şeylər yazmaq. Siz mənlə zarafat edirsiniz?”



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA