ABŞ-da ştat qubernatoru Azərbaycanla bağlı qərar verdi - KONSULLUQ

img

27-05-2014 [13:49]


ABŞ-ın Nyu Meksiko ştatının qubernatoru Susana Martinezin imzaladığı bəyannamə ilə 28 may 2014-cü il tarixi Nyu Meksiko ştatının bütün ərazisində "Azərbaycan Milli Günü” elan edilib.

 Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-da daxil olan məlumata görə, Bəyannamədə qubernator bildirir ki, 1918-ci ilin 28 may tarixində müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikası yaradılmış və bu dövlət digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınmışdı.

 Qeyd olunur ki, qısa ömür sürməsinə baxmayaraq, ADR irqindən, cinsindən, etnik kimliyindən və ya dinindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ vermiş və müsəlman dünyasında qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən ilk dövlət olub.

 Sonra qubernator bildirir ki, müstəqilliyinin bərpasından keçən son iki onillik ərzində Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və olduqca mühüm Xəzər bölgəsində ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrilib.

 Sonda hər il bütün dünyada milyonlarla azərbaycanlının 28 may tarixini milli gün kimi qeyd etdiyini vurğulayan qubernator bu tarixi Nyu Meksiko ştatının bütün ərazisində "Azərbaycan Milli Günü” elan edir və bütün ştat sakinlərini bu günü qeyd etməyə çağırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA