27 sentyabr Anım Günü Şirvanda silsilə tədbirlərlə qeyd edilib - FOTOLAR
28-09-2023 [12:31]
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən Müharibəsinin başladığı 27 sentyabr gününün hər il Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi barədə ölkə başçısı İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr 2023-cü il tarixində ümumşəhər anım tədbiri keçirilib.
Mia.az xəbər verir ki, öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və müharibə iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər güllər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şəhidlər Xiyabanında davam edən tədbirdə Birinci Qarabağ müharibəsində itkin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, önünə tər güllər düzülüb, şəhidlərin ruhuna dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvlərinin, yaxınlarının hər biri ilə görüşüb, onlara Allahdan səbir diləyib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib.
Ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, 2020-ci ilin 27 sentyabr tarixində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal olunmuş torpaqlarımızın geri alınması məqsədilə zəfər yürüşünə başlaması ilə tariximizin şanlı səhifələrinin yazıldığını, bu günün Anım Günü kimi qeyd edilməsinin şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisi olduğunu diqqətə çatdırıb. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu, vətənimizin ərazi bütövlüyünü bərpa olunduğunu, üçrəngli bayrağımızın işğaldan azad edilən torpaqlarımızda dalğalandığını, bütün bunlara görə Qalib Ali Baş Komandana, şəhidlərimizə və qazilərmizə minnətdar olduğumuzu vurğulayıb. Ölkəmizdə şəhid və qazi ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərildiyini, yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində səmərəli işlər görüldüyünü, döyüşlərdə şücaət və qəhrəmanlıq göstərən bütün hərbiçilərin dövlət başçısı tərəfindən orden və medallarla təltif edildiyini bildirən İlqar Abbasov Şirvan şəhərində də şəhid və qazi ailələrinin daim diqqətdə saxlanıldığını, şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli işlər görüldüyünü qeyd edib. Vətən müharibəsində qazandığımız şanlı qələbənin tariximizdə əbədi qalacağını, şəhidlərimizin daim hörmət və ehtiramla yad ediləcəyini söyləyib.
Daha sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhid atası Alim Zülfüqarov, Vətən müharibəsi iştirakçısı Ürfan Bağırov, din xadimi Hacı Vasif Əlizadə 44 günlük Vətən müharibəsində Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhərmanlıq nümunələrindən, arxa cəbhədə xalqımızın “Dəmir yumruqda” möhkəm birliyindən, tarixə qızıl hərflərlə həkk olunmuş Zəfərdən, şəhidliyin ali məqamlarından bəhs ediblər. Çıxış edənlər bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Tədbirin sonunda şəhər məktəbliləri Anım Gününə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri el qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, önünə tər güllər düzüblər. Sonra Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Nofəl Quliyevin, Tahir Bağırovun, Rəfael Həbibovun büstlərini ziyarət edərək, önünə güllər düzüb və xatirələrini ehtiramla yad ediblər. Büstlərin önündə Milli Qəhrəmanların ailə üzvləri, təhsil aldıqları məktəblərin müəllimləri onların həyat və fəaliyyətləri, göstərdikləri şücaətlər barədə məlumat veriblər.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq