Aygün Kazımova bir daha evlənməyəcək - ŞOK AÇIQLAMA

img

03-06-2014 [12:43]


Xalq artisti Aygün Kazımova Türkiyənin "Habertürk” qəzetinə müsahibə verib.O, estetik əməliyyata sadəcə baxımlı olmaq kimi yanaşdığını və qadınlara da bunu məsləhət gördüyünü deyib:"Hər zaman riskli əməliyyatlara girirəm. Hətta keçirdiyim əməliyyatların sayını belə unutmuşam. Sinəmi böyütdürdüm. Daha sonra fikrimi dəyişib kiçiltdim. Burun əməliyyatı etdirmişəm, çünki həndbolla məşğul olduğumçun tez-tez top burnuma dəyirdi. Bundan başqa, yağ aldırma əməliyyatlarına da girmişəm”.Azərbaycan şou-biznesindən danışan ulduz özünü bu sahənin banisi kimi qələmə verib:"Azərbaycan şou-biznesini mən qurdum. Azərbaycanda pop musiqisinin inkişafında ən çox mənim rolum var. Türkiyədə də hansısa proqrama getdikdə məni hörmətlə qarşılayırlar”.Şəxsi həyatından da söz açan Aygün Kazımova daha evlənməyəcəyini açıqlayıb:"Həqiqi sevgini tapa bilmədim. Amma tapsam da, daha evlənməyəcəyəm. Çünki münasibətlərim karyerama mənfi təsir göstərir. İşlərimə müdaxil edib, məni qısqanırlar. Səhnədə açıq-saçıq geyinirəm. Amma onlar buna etiraz edirlər. Mənim işlərimə qarışdıqda xoşbəxt olmuram. Bu səbəbdən istəyirəm ki, onlar məni sevsinlər, mən onları sevməyim”. (axsam.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA