Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
28-09-2023 [00:32]
Qoç - planlarınızdan imtina etməyin. Onların reallaşdırılması şübhəli təsir bağışlasa da, geri çəkilməyin. Qətiyyətli və iradəli olun. Ən cəsarətli planları həyata keçirmək üçün əlverişli zamandır.
Günün ortasındakı tanışlığı romantik təmasa çevirməyin. Son vaxtlar sizi narahat edən problemin çözülməsi üçün münasib zamandır. Ailə işlərinin çözülməsi, qohumlarla ünsiyyət, səfərlərin təşkili üçün yaxşı zamandır. Yaşam potensialınızın səviyyəsi aşağıdır. Zökəm riski artır.
Buğa - günün ilk yarısındakı hadisələr sizi sevindirəcək. Başladığınız işlərdə uğura nail olacaqsınız. Problemlərin öhdəsindən təkbaşına gələ bilərsiniz. Yardım üçün kimsəyə müraciət etməyin. Uşaqlıq dostlarınızla görüşəcəksiniz. Dostlarla vaxtınız xoş keçəcək. Maraqlı təkliflər alacaqsınız.
Günün ikinci yarısında gəlirlər istisna deyil. Gözlənilməz və xoş hədiyyələr olacaq. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Yorğunluq hiss etməyəcəksiniz. Əhvalınız pis olmayacaq.
Əkizlər - son vaxtlar sizi narahat edən problemi indi həll etmək olar. Tələsməyin. Yaranmış situasiyada optimal davranış modelini seçin. Yeni taktikanın tətbiqinə başlayın. Belədə yeniliklər, müsbət dəyişiklərin reallaşması asanlaşacaq.
Günün ikinci yarısı maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Peşəkar karyera müstəvisindəki perspektivlərinizi yenidən dəyərləndirin. Yüksəliş və irəliləyiş üçün hansı addımların atılmasının gərəkdiyini müəyyənləşdirin.
Günün ikinci yarısında ümidləriniz doğrulmayacaq. İndiyədək çox bəyəndiyiniz insan sizi təəssüfləndirə bilər.
Axşam saatlarında həddindən ziyadə sərt davranmayın. Səhv etmiş adama şans verin.
Xərçəng - əlverişli zamandır. Başladığınız işləri bitirin. Praktik, praqmat olun. Yeni ideyalarınız dəstəklənəcək. Belə ideyaların bəzilərini reallaşdırmağa çalışın. Səfər və ya səyahəti planlaşdırmaq olar. Gərəkli nəsnəni yolda da ala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərin harmonik və xoş olmasına can atın. Yeni tanışlıq, romantik münasibətlər üçün münasib zamandır. Təmaslarda olduğunuz insanlarla mühüm məsələləri müzakirə etmək olar. Yaxşı tanımadığınız insanlara ilk baxışdan inanmayın.
Şir - günün ilk yarısı mürəkkəb, yorucu, hadisələrlə zəngin zamandır. Olayların hamısı xoş deyil. Ağır və çətin işlə bağlı məsuliyyəti bölüşmək üçün adam arayırsınız. Lakin əfsuslar olsun ki, yaxın ətrafınızda belə şəxs olmadığından problemlərin öhdəsindən tək gəlməli olacaqsınız.
Günün ikinci yarısında qohumlarla fikir ayrılığı və ixtilaflar ola bilər. Pul məsələsi qarşıdurma yaratmasın.
Axşam saatlarını evdə keçirməyin. Şərait dəyişkənliyi faydalıdır, əhvalınızı yaxşılaşdıracaq. Qarderobu yeniləmək, qeyri-adi əşyalar almaq olar. Bədxərclik etməyin.
Qız - günün ilk yarısı pis deyil. Əvvəllər yaranan və həllini gözləyən problemi çözə bilərsiniz. Mühüm məsələlərə cavab verməyə çalışın. Yaxın gələcəklə bağlı plan hazırlayın. Yaşam potensialınızın səviyyəsi tədricən aşağı düşəcək. Ruh yüksəkliyi yorğunluqla əvəzlənəcək. Üstəlik, əhvalınız da korlanacaq.
Günün ikinci yarısında qıcıqlanmayın. Aqressiv davranmayın. Yaxınlarınızla münaqişəyə səbəb olmayın.
Axşam saatlarında səhhətinizdə problemlər yarana bilər. Xroniki ağrılar özlərini xatırladacaq. Ağır fiziki işlə məşğul olmaq, uzaq səfərə yollanmaq məsləhət deyil.
Tərəzi - günün ilk yarısı əlverişli zamandır. Müsbət təmayüllərin təsiri çox güclüdür. Yaşama şikayətlənməyə dəyməz. Yeni tanışlıqlar olacaq. Zəngin təcrübəsi ilə sizinlə bölüşəcək, faydalı məlumatları verəcək insanla qarşılaşacaqsınız.
Günün ikinci yarıında uzaq durmağınız gərəkən adamla tərəfdaşlıq üçün yararlı şəxsi müəyyənləşdirin.
Axşam saatlarında xoş sürprizlər, qəfil hədiyyələr istisna deyil. Rəğbət bəslədiyiniz insan sizinlə maraqlanacaq. Yaxınlarınızla səmimi olun. Sizi anlayacaqlar.
Əqrəb - günün ilk yarısında əhəmiyyətli hadisələr olmayacaq. Ciddi işlərə başlayarkən sayıq olun. Dostlarla birlikdə fəaliyyət daha effektiv olacaq. Qohumlar qəflətən qonaq gələ bilərlər. Bu, sizdə xoş hisslər yaradacaq.
Yaradıcılıq potensialınızın səviyyəsi artacaq. Köhnə hobbini və ya yarımçıq qoyduğunuz işi xatırlayın. Bilik və bacarıqlarınızın izharı üçün yeni yollar seçin.
Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla ünsiyyətdə diqqətli davranın. Belə olarsa, kimsə sizdən inciməz.
Axşam saatlarında müsbət yönlərinizi kimsə görməyəcək, amma nöqsanlarınız sürəkli tənqid obyektinə çevriləcək.
Oxatan - səbrli olun. Sürətlə və tezliklə uğur qazanmaq asan deyil. Qarşınıza qoyduğunuz məqsədə inamla, iradəli şəkildə addımlayın. Hədəfə çatacaqsınız, amma indi yox, İradəli olun, ağır işdən qaçmayın.
Müttəfiq və ya tərəfdaş saydığınız insanlardan biri etimadınızı doğrultmaya bilər. Yalnız öz qüvvələrinizə güvənin.
Günün ikinci yarısında maliyyə fonu uğursuzdur. Pul itkisi istisna deyil. Sövdələşmə və müqavilələri ertələyin.
Nəqliyyat vasitəsinin və ya məişət texnikasının sıradan çıxması kimi problemlə qarşılaşa bilərsiniz.
Oğlaq - günün ilk yarısında yaranacaq çətinliklər sizi qorxutmasın. Bütün maneələri dəf etmək olar. Təxəyyülü işə salın, adət etdiyiniz yol və vasitələrə alternativlər arayın. Əvvəllər əldə etdiyiniz təcrübə və biliklər karınıza gələcək. Yeni tanışları erudisiya və geniş dünyagörüşü ilə "təəccübləndirin".
Günün ikinci yarısında stili dəyişmək olar. Rəğbət duyduğunuz insanla özünüzlə bağlı xoş hisslər yaratmağa çalışın. Uşaqlarla ünsiyyət, ailəvi istirahət üçün axşam saatları məsləhətdir.
Dolça - günün ilk yarısında intuisiyanıza güvənin. Olayların sizin üçün ən əlverişli məcrada inkişafına nail olmaq üçün atacağınız addımlar dəqiq və düşünülmüş olmalıdır. Yeni müttəfiq, layihəniz üçün investor tapmaq olar. Təcrübəli insanın məsləhətləri sayəsində bir çox çətinlikləri dəf edə bilərsiniz.
Günün ikinci yarısında imkan varsa, şəraiti dəyişin. Yeni işə başlamaq olar. Tanış olduğunuz insanla söhbətdə diqqətli olun. Axşam saatlarını dəyər verdiyiniz insana həsr edin.
Balıqlar - peşəkar fəaliyyət üçün əlverişli zamandır. Potensial sifarişçilər ilə müzakirələrdə sayıq olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlərin harmonik olmasına çalışın. Yaşamınızda yeniliklər etmək, hissləri nəzərdən keçirmək olar.
Günün ikinci yarısında kiçik anlaşılmazlıqlar və problemlər istisna deyil. Ruhdan düşməyin. Sədlər və maneələr dəf olunandır. Qəfil və o qədər də xoş olmayan görüş, çağırılmamış qonaqların gəlişi istisna deyil. Sakit olun, korrekt davranın. Axşam saatlarına yaxın güclü emosional yorğunluq hiss edəcəksiniz. Tək qalsanız, pis olmaz.
Milli.Az
İŞIQ və QAZ PULU.. - Sabit tariflər necə və nə vaxtdan hesablanacaq?
Netanyahu: "HƏMAS atəşkəs razılaşmasını qəbul etsə belə, Qəzzanı nəzarətimizə götürəcəyik"
"Qalatasaray" Viktor Nelssonu icarəyə verib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəzi Bankın ehtiyatı artıb - 2.1 milyard dollardan çox
Prezident İlham Əliyev Ağdərədə - "Allah o yumruğunuzu çox möhkəm eləsin" - FOTOLAR (Yenilənib)
Xankəndi sakini Bakıda ermənilərin məhkəməsində elə faktları sadaladı ki... - "Ərimin başını kəsdilər" - "Cəlil kişinin hamilə gəlininin isə..."
“Azərsun Holdinq“in daha bir şirkətinin borcu çıxdı - FOTOLAR
AFFA rəsmiləri növbəti təyinat alıblar
Siyəzən rayonunda zəlzələ olub
Təhlükəsizlik Xidmətinə rəis təyinatı oldu
Partiya sədri: "Tikintiyə bu qədər orqan nəzarət edir, amma..." - "Nəyin müqabilində bu qanunsuzluğa göz yubublar?"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ölkədə internet problemi niyə yarandı? - "Delta Telekom"a genişmiqyaslı kiberhücum olub
"Aztelekom" internet problemi ilə bağlı məlumat yaydı
Gəncədə dəmir konstruksiya aşdı - 3 nəfər xəsaərt aldı - FOTOLAR
"Konyaspor" Cekson Muleka ilə müqavilə imzaladı
"Roma" sağ cinah hücumçusunu icarəyə götürüb
Müğənni Rəqsanə İsmayılovaya "yox" dedi - Azı 4 ay həbsdəq alacaq
Ole Qunnar Solskjaer: "Bu həftə diqqətimiz Avropadadır"
Abşeronda ər arvadını öldürüb - Daha sonra isə öz canına qıyıb
"Bornmut" Amine Adli ilə bağlı məlumat yayıb
Serdal Adalı: "Lazımlı transferləri edəcəyik"
İXTİSAS SEÇİMİ: nəticələr nə vaxt elan olunacaq? - AÇIQLAMA
Müğənni bu fotosu ilə qalmaqal yaratdı, dindarlar etiraz etdi - "Həddini bil!" (FOTO)
Məşhur "Ramiz dayı" restorana "xərac" kəsdiyi üçün saxlanıldı - "Dayı"nın görüntüləri yayıldı (VİDEO)
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb - Müzakirə + FOTO
İlham Əliyev: "Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb"
Sabahın hava proqnozu açıqlanıb
MN: "Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək"
Aparıcıdan müğənnilərə məktəbli forması ilə bağlı xəbərdarlıq: "Guya iki yüz manat verib iki uşağa..."
Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çap olunub
Rəqsanə İsmayılovanın ərinin ifadəsi alınıb
İDARƏ MÜDİRİ DİGƏR QURUMDA NAZİR MÜAVİNİ OLDU, ANCAQ... - Daha bir tender qalmaqalı, qalib kimdir?
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - Sərəncam
Şəmkirdə kütləvi zəhərlənmə olub - Açıqlamalar (Yenilənib)
SOCAR qeyri-sabit hava ilə bağlı təhlükəsizliyi gücləndirib
SOCAR-ın yeni rəhbərliyindən Rövnəq Abdullayevə daha bir zərbə - Ailə üzvünə məxsus bank niyə çökdürülür?
Qətl, şantaj, dələduzluq... - “Ulduz”u sönən məşhurlar