Türkiyə superliqası: futbolçunun halı qəfil pisləşib - Yunes Belhanda xəstəxanaya yerləşdirilib

img

28-09-2023 [00:03]


"Beşiktaş" - "Adana Dəmirspor" oyununda gözlənilməz hadisə yaşanb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, oyunun 7-ci dəqiqəsndə komandasını 1-0 önə çıxaran "Adana Demirspor"lu Yunes Belhanda rəqib oyunçu ilə toqquşmadan sonra matça sonadək davam edə bilməyib.

Belə ki, ilk hissənin fasiləsində mərakeşli futbolçu başgicəllənməsi səbəbindən təcili xəstəxanaya aparılıb.

Onun vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, oyunda "Beşiktaş" 4-2 hesabı ilə uduzub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub