“Neftçi” klubunda dəyişiklik: onlara yeni vəzifə verildi - SİYAHI

img

26-09-2023 [12:20]


“Neftçi”nin yeni strukturu təsdiqlənib.

Mia.az xəbər verir ki, bundan sonra kluba Müşahidə Şurası rəhbərlik edəcək.

Bununla belə, klubun baş icraçı direktoru Fərrux Mahmudov, Müşahidə Şurasının idman üzrə müşaviri isə Kamil Məmmədovdur. Strukturda yeni departamentlər qruplaşdırılıb. İdman direktoru isveçli mütəxəssis Yens Andersson, administrativ işlər üzrə direktor isə Səbuhi Rzayevdir. Maliyyə üzrə direktor vəzifəsini Namiq Əlizadə icra edir.

“Neftçi”nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Yenilənmiş struktur daha da mərkəzləşdirilib. Buna əsasən, departamentlər baş icraçı direktora tabedir, baş icraçı direktor isə müvafiq olaraq Müşahidə Şurasına hesabat verir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub