Rusiyanın donanma komandanı həlak oldu - Rəsmi Moskva susur, Kiyev isə...

img

26-09-2023 [09:46]


Ukrayna Rusiyanın Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovu öldürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ukrayna ordusunun Sevastopolda Rusiyanın Qara Dəniz Donanması Komandanlığına qarşı həyata keçirdiyi raket hücumu ilə bağlı Kiyev administrasiyasından yeni açıqlama verilib. 

Açıqlamada Rusiyanın Qara dəniz donanmasının komandanı admiral Viktor Sokolovun hücumda həlak olduğu bildirilib. 

Məlumata görə, 1 il əvvəl Rusiya prezidenti Vladimir Putin tərəfindən Qara Dəniz Donanması Komandanı təyin edilən admiral Sokolov 2022-ci ilin fevralından bəri davam edən müharibədə indiyə qədər öldürülən ən yüksək rütbəli rus komandiri kimi tarixə düşüb.

Rusiya isə hələlik bu iddianı təsdiqləməyib.

Xatırladaq ki, qeyd edilən hücumla bağlı Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov bildirib ki, cümə günü baş verən hücum nəticəsində azı 9 nəfər ölüb, 16 nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi yalnız 1 əsgərin öldüyünü açıqlayıb.

Tahir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR