Xankəndidə partlayış: 20 nəfər ölüb, 290 yaralı var - Bakıdan tibbi yardım göndərilib (Yenilənib)

img

26-09-2023 [10:35]


Azərbaycanın Qarabağ iqtisadi rayonunda, Xankəndi yaxınlığında yanacaq anbarının partlaması nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb.

Mia.az xəbər verir ki, hadisə sentyabrın 25-də axşam saatlarında baş verib.

Məlumata görə, yaralılar Qarabağ bölgəsində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki tibb mərkəzinə və Ermənistandakı xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, ölənlərdən 13-nün meyiti tanınmaz haldadır(Report).

***

Sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatlara əsasən, hadisə nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir.

***

Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib.

Mia.az Report-a istiandla xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.

Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu gün axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR