“Bizim xidmətlərimizi unutmayın...”
25-09-2023 [23:56]
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu ötən günlərdə dəyirmi masa keçirib.
Mia.az xəbər verir ki, tədbir “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində baş tutub.
Tədbir iştirakçıları dövlət qurumlarına və cəmiyyətə ünvanlanan mesajlarla müzakirə aparıb. “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!, - devizi müzakirələrdə diqqəti cəlb edib.
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun sözlərinə görə, tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almır. Bu səbəbdən də onlarda yeni-yeni xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər: “Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıgını itirmiş müharibə əlilləri və veteranların tibbi-sosial problemlərinə biganə qalmaq olmaz”.
Layihənin rəhbəri Rasim Mirzəyevin bildirdiyinə görə, onlar Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda və Vətən müharibəsində döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların mövcud vəziyyəti ilə maraqlanırlar: “Bu şəxslərə dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reablitasiya və sosial təminat hüquqlarının hazırkı durumu ilə baglı məlumat toplayırıq. Daha sonra aidiyyətı üzrə Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq çərçivəsində çalışırıq ki, problemlərin aradan qaldırılmasına hüquqi yardım edək”.
Qeyd edək ki, layihədə müharibə əlilləri və veteranlar arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədi ilə hüquqi yardım xidməti və psixoloji-reabilitasiya kursları təşkil edilib. İntihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri aparılıb. Cəmiyyətdə psixoloji və fiziki maneələrin minumuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik göstərilib.
Layihənin hüquqşünası Fəqan Nəsibzadə, layihənin həkim psixoloqu İbrahim Əsədli, “20 Yanvar Cəmiyyəti” ictimai birliyinin sədri Soltan Əzimzadə, “Qarabağ müharibəsi Veteranları Şəhid Ailələri və Əlillərinə Sosial Yardım” ictimai birliyin sədr müavini Almaz Əhmədova, “Müharibə veteranları qadınlarına sosial yardım” ictimai birliyinin sədri Radə Abbas, “Zəfər Yolu” İctimai birliyin sədri Pərvanə Salman qızı, “Azərbaycan Demokratik İslahatların İnkişafı” İctimai birliyinin sədri Cavid Şahverdiyev, “Aran Media” qrupunun direktoru Şeyda Əziz qızı, “DSBŞAZ ”-nin təsisçisi Almaz Ələskərova və müharibə əlilləri, veteranlar çıxış edərək, sosial və psixoloji-reabilitasiya problemləri ilə baglı fikir və təkliflərini bildirib.
Daha sonra tədbir iştirakçıları adından aidiyyəti olan dövlət təşkilatlarına, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müharibə əlillərinin, veteranların ən aktual olan sosial və psixoloji-reabilitasiya problemləri ilə bağlı təklliflərinin hazırlanaraq göndərilməsi qərara alınıb.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq