AVRO-2024: Türkiyə millisi Latviya ilə bu şəhərdə oynayacaq

img

26-09-2023 [09:20]


Türkiyə Futbol Federasiyası (TFF) 2024-cü il Avropa Çempionatının seçmə mərhələsinin D qrupunda milli komandanın Latviya ilə keçirəcəyi oyunun yerini dəyişib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə TFF açıqlama yayıb.

Açıqlamaya görə, daha əvvəl Adanada oynanılması planlaşdırılan qarşılaşma Konya Böyükşəhər Bələdiyyəsi stadionuna keçirilib.

TFF bildirib ki, oktyabrın 15-də oynanılacaq matça bilet satışı isə 9 oktyabrdan başlanacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub