Türkiyəli baş məşqçi İngiltərədə "fırtına əsdirir"

img

25-09-2023 [11:59]


"Qaziantep"dən ayrılaraq İngiltərədə "Kardiff Siti"nin sükanı arxasında keçən türkiyəli baş məşqçi Erol Bulut orada tarix yazır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Erol Bulut 2017-2018 mövsümündən sonra ingilis komandasına ən yaxşı oyununu səırgilətdirir.

Belə ki, komanda keçirdiyi son 5 oyunun 4-də qalib, birində isə heç-heçə edərək, liqada fırtana kimi əsir.

Məlumata görə, çempionatın son turunda Erol Bulutun çalışdırdığı "Kardiff Siti" səfərdə "Sanderlend"i 1:0 hesabı ilə məğlub edib. 

Bununlıa da komanda ardıcıl 13 xal toplayaraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

Xatırladaq ki, komanda turun ilk 3 oyununda uduzub.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub