"Kopenhagen"ın qapçısı "Qalatasaray"ı təhqir etdi, daha sonra isə... - "Bu zibil çuxurundan..." (FOTO)

img

21-09-2023 [10:17]


Xəbər verdiyimiz kimi, ötən gün "Qalatasaray" Çempionlar Liqasının ilk qrup matçında Danimarkanın "Kopenhagen" komandası ilə 2-2 bərabərə qalıb. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, həmin oyundan sonra sosial media hesabında paylaşım edən "Kopenhagen"in qapıçısı "Qalatasaray"ı və onun meydançasını aşağılayıb. Lakin qısa zamada qarşılaşdığı etirazlardan sonra o, bu paylaşımıı silməyə məcbur qalıb.

Türkiyə mətbuatı yazır ki, Danimarka komandasının polşalı qapçısı Kamil Qrabara paylaşımında "Qalatasaray"ın stadionunu zibillik (O, əslində nəcis yazıb - Mia.az) adlandırıb: "Biz bu nəcis çuxurunu üç xalla tərk etməyə layiq idik, amma bu həyatdır, davam edəcəyik".

Xatırladaq ki, adıçəkilən qapçı oyundan əvvəl də "Qalatasaray" azarkeşlərinin qəzəbləndirən açıqlama vermişdi: "Mən eşitmişəm ki, "Fənərbağça" azarkeşləri daha yaxşıdır"

Fərid

MİA.AZ
 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq