Çempionlar Liqası: “İnter” qələbə qazana bilməyib

img

21-09-2023 [09:45]


Çempionlar Liqasının D qrupunun ilk oyununda “Real Sosyedad” və “İnter” bərabərə qalıb.

Mia.az xəbər verir ki, oyunun 4-cü dəqqiəsində “Real Sosyedad” Mendesin qolu ilə önə keçib.

İtaliya komandası ispanların bu qoluna 87-ci dəqiqədə Lautaro Martinezin qolu ilə cavab veriblər.

Xatırladaq ki, Türkiyə millisinin oyunçusu Hakan Çalhanoğlu zədə səbəbindən "İnter"lə oyuna çıxa bilməyib.

Onu da qeyd edək ki, "İnter" növbəti matçını evdə "Benfika" ilə, "Real Sosyedad" isə səfərdə "Zalsburq"la keçirəcək.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR