TFF Nuri Şahinə "Gəl, millinin baş məşqçisi ol" dedi, rədd cavabı aldı

img

20-09-2023 [10:29]


Almaniyalı baş məşqçi Stefan Kuntz ile yolları ayırması şübhə doğurmayan Türkiyə Futbol Federasiyası (TFF) sürpriz isimə təklif göndərib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, TFF prezidenti Mehmet Büyükekşi ilə milli komanda üzrə məsul şəxs Hamit Altıntop "Antalyaspor"un baş məşqçi Nuri Şahinlə anlaşmaq istəyiblər.

Məlumata görə, Nurui Şahinlə görüş olsa da, o, bu təklifi rədd edib: "Mən "Antaliya"dan ayrılmaq istəmirəm".

Xatırladaq ki, Nuri Şahin "Antalyaspor" komandasını indiyədək 78 oyuna çıxarıb. O, bu oyunlardan 30-da qalibiyyət, 20-də bərabərlik, 28-də isə məğlubiyyət yaşayıb.

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR