"Kopenhagen"ın qapçısından "Qalatasaray"lıları qəzəbləndirəcək - Açıqlama

img

20-09-2023 [09:19]


Bu gün axşam "Qalatasaray"la İstanbulda üz-üzə gələcək Danimarkanın "Kopenhagen" komandasının qapçısı Kamil Grabara "Qalatasaray"ın azarkeşlərinə "ilişib".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Çempionlar Liqası oyunundan əvvəl verdiyi açıqlamada "Fənərbağça" tərəfdarlarının "Qalatasaray" azarkeşlərindən daha "atəşli" və daha yaxşı olduğunu deyib: "Mən bunu polşalı dostumdan eşitmişəm".

Qapçı deyib ki, belə çılğın azarkeş kütləsinə sahib olan komanda ilə ilk dəfə oynamırlar: "İlk dəfə belə bir atmosferdə oynamayacağıq. Bu tərz atmosferlerə alışqanlığımız var. Bizim bu liqadan təcrübəmiz var. Nəticə etibarı ilə oyunun qalibini azarkeş deyil, bizim meydandakı perfermansımız təyin edəcək. Türk azarkeşlərin bizi çox artıq təsiirnə alacağını düşünmürəm".

Fərid

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR