Bilal Əliyevə ağır itki üz verib

img

02-06-2014 [11:46]


Xalq artisti Bilal Əliyev qardaşını itirib. MİA Publika.az-a istinadən xəbər verir ki, sənətçinin qardaşı ağır xəstəlikdən dünyasını dəyişib.

Müğənninin verdiyi məlumata görə, o, qardaşı ilə son nəfəsində görüşə bilməyib: "Atamla danışdım və qardaşımı soruşdum, dedi ki, yatıb. Onun yanına getdim ki, yaxşı həkim aparım müayinə etsin. Həkim baxanda deyib ki, o artıq dörd saatdır dünyasını dəyişib. O, mənim ən çox sevdiyim qardaşım idi. Amma böyük Allah verir və özü də alır".


Digər xəbərlər
SON XƏBƏRLƏR