Habil Əliyev xəstəxanaya düşdü

img

06-06-2014 [00:14]


Azərbaycanın xalq artisti, məşhur kaman ustası Habil Əliyev xəstəxanaya düşüb.

5 gün əvvəl vəziyyəti ağırlaşan Habil Əliyev Bakı Sağlamlıq Mərkəzinə gətirilib və həkimlərin məsləhətilə bu tibb ocağına yerləşdirilib.

Xalq artistinin ağciyərində və tənəffüs borusunda problem olduğu bildirilir.

Xalq artistinin qızı iyunun 5-də axşam saatlarında atasını xəstəxanadan evə aparıb. Həkim xalq artisinin vəziyyəti yaxşılaşdığına görə onu evə buraxıblar.

Qeyd edək ki, bir neçə gün öncə - mayın 28-də Habil Əliyevin 87 yaşı tamam olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR