Aİ müharibədən qaçan ukraynalılarla bağlı "müvəqqəti müdafiə"ni genişləndirir

img

19-09-2023 [16:16]


Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan "Müvəqqəti Müdafiə Direktivi"nin qüvvədə olma müddətini bir il uzadacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Aİ yazılı açıqlama yayıb.

Bildirilib ki, bununlıa yanaşı, Aİ evlərindən didərgin düşən və Avropa ölkələriə sığınan ukraynalılara yardımı genişləndirəcək.

Aİ Komissiyasından verilən məlumata görə, 4 mart 2024-cü ildə bitəcək müdafiə paketi 3 mart 2025-ci ilə qədər uzadılacaq: "Aİ ölkələri daxilində Müvəqqəti Mühafizə Direktivindən faydalanan təxminən 4 milyon ukraynalı var. Bu çərçivədə ukraynalılar sərbəst yaşamaq icazəsi ala, təhsil və səhiyyə xidmətlərindən yararlana, AB ölkələrində iş tapıb işləyə bilərlər. Bundan başqa, ukraynalılara sosial rifah, mənzil və dolanışıq yardımı kimi imkanlar da yaradılır".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR