Ronaldo İranda: məşq təxirə salındı, telefonların xaricə çıxışı kəsildi, hotelə nəzarət gücləndirildi

img

19-09-2023 [12:41]


Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasının Asiya Çempionlar Liqası çərçivəsində İranda “Persepolis”lə oyun öncəsi son məşqi Kriştiano Ronaldoya olan böyük maraq səbəbindən ləğv edilib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Ronaldonu görmək üçün Tehrana gələn minlərlə insan komandanın olduğu avtobusu hava limanından otelə qədər təqib ediblər.

İranlıların Ronaldoya böyük marağının çaxnaşamaya səbəb olacağından çəkinən Tehran rejimi təhlükəsizliyi gücləndirib, ərəblərin bütün heyətinin xaricə telefon çıxışlarını əngəlləyiblər. Bununla bərabər, hotelə nəzarət artırılıb. "Əl Nassr" komandası isə təhlükəsizliyə görə, son məşqlərini keçirməyəcəklərini bəyan edib.

Xatırladaq ki, "Persepolis" -  "Əl Nassr" oyunu çərşənbə axşamı saat 21.00-da başlayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR