Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-09-2023 [00:07]
Qoç - günün ilk yarısında yaranacaq çətinliklər sizi ruhdan salmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək. Sadəcə, o anı gözləmək gərəkdir. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq.
Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Sizə yardım edəcək insanlarla tanış ola bilərsiniz.
Günün ikinci yarısı liderlik məziyyətlərinizin nümayişi üçün münasib zamandır. Yaxın ətrafınızdakı insanlar təklif və təşəbbüslərinizi dəstəkləyəcəklər. Axşam saatlarını dostlarla keçirin. Gəzintiyə çıxmaq olar.
Buğa - günün ilk yarısında bəzi planları həyata keçirmək olar. Fəndgir və hiyləgər olun. Məqsədə çatmaq üçün qarşınıza çıxan maneələri dəf edin. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək.
Yeni layihənin həyata keçirilməsi üçün münasib zamandır. Birgə fəaliyyətdən imtina etməyin.
Günün ikinci yarısında kommersiya fəaliyyətində astagəllik etməyin. Anlaşmalar və müqavilələrin müzakirəsi zamanı diqqətli davranın. Yeni təşəbbüslər uğurludur. İdeyalarınız nə qədər cəsarətli olarsa, həmin təşəbbüslərin reallaşma şansı bir o qədər çoxdur. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - günün ilk yarısında maraqlı hadisələrlə zəngin olmayacaq. Yaşananlar sizə darıxdırıcı və usandırıcı təsir bağışlaya bilər. Yaxın ətrafınızdakı insanların uğurlarına paxıllıq etməyin. Kobud və ya axmaq adamlarla ünsiyyətdə olmayın. Situasiyaya müsbət təmayüllərin təsiri güclənəcək.
Günün ikinci yarısında kiçik səfər, gəzinti əhvalınızı yaxşılaşdıracaq. Sizi bədbinlikdən qurtaracaq, maraqlandıracaq iş və ya məşğuliyyət tapın. Axşam saatlarını yaxınlarınıza həsr edin.
Xərçəng - özünüzü aldatmayın, sadə məsələləri heç bir səbəb olmadan mürəkkəbləşdirməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həssas və səmimi olmağa çalışın. Ağır problemlərin həlli müşkül deyil.
Günün ikinci yarısında bədxahlar və rəqiblər passiv olacaqlar. Hadisələrin məcrasına kobud müdaxilə etməyin. Gözlənilməz gəlirlər və ya hədiyyə istisna deyil. Sizi xoş tanışlıqlar gözləyir. Belə təmaslardan birinin davamı romantik ola bilər.
Şir - hadisələrlə zəngin gündür. Əfsuslar olsun ki, olayların əksəriyyəti xoş deyil. Ailə üzvləri ilə münasibətlərdə problemlər yaranacaq. "Hakimiyyət uğrunda mübarizə" təmaslarda çətinliklərdən savayı heç nə vəd etmir. Yaxın ətrafınızdakı insanlara necə davranmaları ilə bağlı göstərişlər verməyin.
Səhvlərin fəsadlarını aradan qaldırın. Günün ikinci yarısında işlərinizdə aktiv olun. Ünsiyyətdə olduğunuz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın. Alış-verişdə bədxərclik etməyin.Statusunuzu yüksəldin.
Qız - fəaliyyət planını əvvəlcədən hazırlayıbsınızsa, günün ilk yarısı uğurlu olacaq. Detallara və xırda təfərrüatlara fikir verin. Diqqətiniz dağınıq olmasın. Mübahisələrdə mövqeyinizdən geri çəkilməyin. Qətiyyətli və iradəli olsanız, mübahisələrdə opponentlərinizi üstələyəcəksiniz.
Günün ikinci yarısında qohumlardan biri ilə fikir ayrılıqlarını aradan qaldırın, çoxdankı münaqişəyə son qoyun.
Maliyyə çətinlikləri istisna deyil. Onlar müvəqqəti olacaq və narahatlığa səbəb yoxdur. Peşə fəaliyyəti, kommersiya məsələləri ilə bağlı məsələləri müzakirə etmək məsləhət deyil. Həmkarlarla qeyri-formal şəraitdə görüşə bilərsiniz.
Tərəzi - günün ilk yarısı pis deyil. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Xoş sürprizlər istisna deyil. Dəyər verdiyiniz insanı sevindirməyə çalışın. Romantik təmaslarda diqqətli və həssas olun. Hiyləgərlik və fəndgirlik etməyin. Yeni tanışlarda xoş hisslər yaratmaq üçün saxtakarlıq məsləhət deyil. Özünüz olun, yetər.
Günün ikinci yarısı peşəkar fəaliyyətlə bağlı məsələlərin müzakirəsi və həlli üçün münasib zamandır. Maliyyə və biznes problemlərinin çözümünü təxirə salmayın. Enerjili, aktiv olun. Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - diqqəti özünüzə cəlb etməyə çalışmayın. Kölgədə qalmaq, hadisələrə müdaxilə etməmək məsləhətdir. Maraqlı ideyaların həyata keçirilməsi karyera pilləkəninizdə irəliləyişə, gəlirlərin artmasına təkan verə bilər.
Yeni planların reallaşdırılmasında tələskənliyə yol verməyin. Daha əlverişli anı gözləyin. Müttəfiqlərdən dəstək almağı unutmayın.
Günün ikinci yarısı problemlərin həllinə yaradıcı yanaşma üçün pis gün deyil. Tamamilə fərqli, yeni işdə özünüzü yoxlaya bilərsiniz. Başqalarının təcrübəsindən yararlanın. Müdrik olun, ağıllı insanların dediklərinə qulaq asın.
Oxatan - hadisələrin əksəriyyəti və proseslər istədiyiniz məcrada deyil. Ruhdan düşməyə səbəb yoxdur. Problemlərin həlli üçün səy göstərsəniz, mənfi təmayüllərin təsirini azalda bilərsiniz. Sizi dəstəkləyən insanlar indi kritik mövqe tutublar, sizi tənqid edirlər. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yaratmayın.
Günün ikinci yarısında ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Bacarıq və təcrübənizi göstərin. Uğurlarınızdan bəhs etməkdən çəkinməyin. Müttəfiq və tərəfdaşların sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
Oğlaq - ciddi və məsuliyyətli işə başlamaq üçün əlverişli zaman deyil. Yeni sifarişi qəbul etməkdən əvvəl yaxşıca düşünüb-daşının. Ümidlər aləmində qalsanız, illüziyalara qapılsanız, təəssüf hissi keçirə bilərsiniz.
Önəmli qərar qəbul etməzdən əvvəl başqasının fikrini absolyut həqiqət saymayın. Yalnız təcrübənizə, məntiqinizə və aldığınız məlumatlara güvənin. Günün ikinci yarısında uğurlu təsadüflər istisna deyil. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər olacaq. Yaxınlarınızı anlamağa çalışın, onlarla dil tapın. Axşam saatlarına yaxın kiçik, səhhətiniz üçün çox təhlükəli olmayan travmalar istisna deyil.
Dolça - problemləri həll etmək üçün çox çalışmalısınız. Kənardan yardıma bel bağlamayın. Bütün problemlərin öhdəsindən gəlmək üçün yetərincə qüvvə və enerjiniz var. Az sonra karınıza gələcək məlumat alacaqsınız. Faydalı təcrübə əldə etmək şansınız var.
Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. Haqlı olduğunuzu sübut etsəniz belə, belə davranış sizə fayda verməyəcək. Daşınmaz əmlak, inşaat və ya köçlə bağlı məsələləri həll etmək olar.
Balıqlar - günün ilk yarısında yeni işlərə başlasanız, onları tələskənliyə yol vermədən bitirin. Yeni işlərin startı üçün münasib zaman deyil. Qüvvə və imkanlarınızı dürüst qiymətləndirin, potensialınıza nəzər salın. Yerinə yetirə bilməyəcəyiniz öhdəliklərə boyun olmayın, bravur vədlər verməyin. Yola çıxanda bilin ki, səfər hesbladığınızdan artıq vaxt tələb edəcək.
Günün ikinci yarısı romantik münasibətlər üçün əlverişlidir. Sizi xoş sürprizlər gözləyir. Ətalətdə olan və ya tam kəsilən münasibətlərin bərpası mümkündür. Təcrübənizdən yararlanın, səhvləri təkrarlamayıın.Yalnız ciddi təhlildən sonra qərar qəbul edin.
Milli.Az
İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub