02-06-2014 [01:22]
Səkkizinci yazı
28 avqust 1993-cü il
28 avqust 1993-cü il "Səhər” qəzetinin 161-ci sayında "Fərdi qaydada olmaz” məqaləsini oxuyanda dəhşət məni bürüdü. MTN-nin birinci müavini Qobustanda yerli və xarici jurnalistlər qarşısında çıxış edərək bildirib ki, AXC Cəbrayıl RŞ-nin sədri Vaqif Əlisoy həbs edilib. Səbəb budur ki, guya mən şəhid meyitlərini və girovları dəyişən zaman onların valideynlərindən pul almışam.
"Səhər” qəzetinə zəng vurdum. Şakir Yaqubov mənə "Əlisoy qardaş, xahiş edirəm, tez redaksiyaya gəl”, - dedi. Qardaşım Ruslanla birlikdə "Səhər” qəzetində oldum. Şakir müəllim, müxbir S.Qaradağlı ilə görüşdüm. Çox sağ olun, qardaşlar, məni başa düşdünüz! Kömək etdiniz.
Bir şeyə təəccüb edirəm. Niyə MTN Gəncədəki, Saatlıdakı, Sabirabaddakı, Göyçaydakı, İmişlidəki şöbələrinə müraciət edib öyrənmir bəzi şeyləri. Axı 28 iyun, 15 avqust 1992-ci ildə şəhid və girov düşənlər həmin rayonlarda yaşayıblar. Onlardan hər bir məlumatı almaq olar. Böhtan atmaq, insanı ləkələmək asan işdir. Bəs vicdan?
SON SÖZ OLARAQ:
1954-cü ildə Qubadlıda anadan olmuşam. 1972-ci ildə Cəbrayılda Maksim Qorki adına orta məktəbi, 1976-cı ildə isə indiki N.Tusi adına APİ-ni fərqlənmə diplomu ilə bitirmişəm. 1979-cu ilə qədər Kəlbəcər rayonunun Qaraxanqallı kəndində müəllim işləmişəm. 1978-89-cu illərdə Cəbrayılın Hovuslu kəndində müəllimlik fəaliyyətimi davam etdirmişəm. 1989-cu ildən Cəbrayıl RXTŞ-də metodist işləyirəm. 1988-ci ildən Hərəkatdayam. AXC Cəbrayıl RŞ-nin yaradıcılarındanam. 1990-cı ilin yanvarında rus ordusu tərəfindən həbs edilmişəm. Novoçerkask, Şaxta, Rostov, Metex, Xankəndində həbsdə olmuşam. Həbsdən azad olunanda general Safonovun dedikləri bu günə kimi yadımdadır: "Azadlıq istəyirdiniz, onu da gördünüz. Sizi ona görə buraxırıq ki, orada gördüklərinizi gedib hər yerdə danışın. Başını qaldıran zindanlarda olacaq”.
Azad olandan sonra mübarizəni davam etdirmişəm. Əlimdə silah polis işçiləri ilə birlikdə erməni faşizminə qarşı mübarizə aparmışam. Əsirlərin və girovlarln dəyişdirilməsi üzrə Dövlət Komossiyası yaradılana qədər 60-dan yuxarı şəhid və girovları, Cəbrayılın polis işçiləri, Milli Ordu əsgərlərinin köməyi ilə azad etmişəm.
Bu gün Azərbaycanın torpaqları işğal altındadır. Hələ Xocalı işğal altında olanda demişdim: "Neçə ki, Xocalının əvəzi çıxılmayıb, heç bir azərbaycanlının başında papaq gəzdirməyə haqqı yoxdur”.
Ədalət Əfşarlının sözlərini öz sözlərim kimi qəbul edirəm.
Hər bir acı məğlubiyyətdən sonra nəticəsiz olaraq günahkarlar axtarılır, təxribatdan danışılır, satqınlıqdan söhbət gedir, xalq isə gözləyir ki, günahkarlar tezliklə aşkar olunacaq. Müharibə vaxtı həmişə satqın da, təxribatçı da olub və olacaq. Bu kəslər öz mənafelərini hər şeydən üstün tutan nadanlardır. Bunları sadə adamlar arasında axtarırıq. Əslində isə onları yuxarıda oturanlar arsında axtarmaq lazımdır. O kəslər üçün hakimiyyət qoxusu ana südünün qoxusundan daha əziz, daha üstün tutulur.
Şuşalı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı satqın, xəyanətkar ola bilməz. Çünki onların doğma torpaqda əzizlərinin ruhu yatır.
Azərbaycanı şəhərlərə, rayonlara, muxtar qurumlara bölənlər xalq üçün canından keçənlərə qara yaxıb, əlini işdən soyudanlara, öz xidməti işindən çox var-dövlət həsrəti ilə yaşayanlar, özlərini reklam etdirənlər, xalqın ordusunun, Vətənin bu günə düşməsinə bais olanlar vaxt gələcək cavab verməli olacaqlar.
Heç bir hədə məni öz yolumdan döndərə bilməz. Həbsxana da görmüşəm, döyülmək də. Ermənilərə qarşı nifrətim sonsuzdur. Faiqin, Mirələmin, Allahverdi Bağırovun, Ramiz Qəmbərovun, Vəzirin, Yusifin, Bayramın, Kazımın, Şikarın qanını almayınca ölmək yoxdur.
Məni yaşadan Əliyar Əliyevin, Həsənqulunun, Qorxmazın ruhudur. Ermənidən qorxum yoxdur. Onların görüşünə dəfələrlə silahsız getmişəm.
Erməniyə güllə atanlar indi xəyanətkar olublar. Allahdan qorxsunlar onları şərə salanlar. Onlara zindan yaraşmır. Öz baltalarımızdan qorxuram, yaman qorxuram...
SON
Vaqif Əlisoy
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL QADIN NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq