Rusiya Mərkəzi Bankı uçot dərəcəsini qaldırıb

img

15-09-2023 [15:12]


Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 13 faizə qaldırıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, qərar bu gün Mərkəzi Bankın keçirilən icasında qəbul olunub.

Qərara əsasən, uçot dərəcəsi 12 faizdən 13 faizə qaldırılıb.

Bankdan verilən açıqlamaya görə, ölkə iqtisadiyyatında inflyasiya təzyiqi yüksək səviyyədə qalır.

Açıqlamada daxili tələbatın istehsal gücünü aşdığı və bu vəziyyətin idxal tələbini artırdığı, Rusiya rublunun bu səbəbdən dəyər itirdiyi bildirilib.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA