Türkiyə milli komandasının baş məşqçisi dəyişir - İddia

img

15-09-2023 [14:47]


Türkiyə milli komandasının baş məşqçisi dəyişir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, almaniyalı məşqçi Stefan Kuntzun yerinə Abdullah Avcı gətirilir.

Bu iddianı məşhur şərhçi Ozan Zeybek sosial media hesabında paylaşıb.

O bildirib ki, artıq Abdullah Avcı ilə razılıq əldə olunub: “Abdullah Avcı milli futbol komandamızın yeni baş məşqçisidir. Ölkəyə, millətə, futbolumuza xeyirli olsun”.

Xatırladaq ki, Ermənistan və Yaponiya matçlarından sonra milli komandanın baş məşqçisi Stefan Kuntzu istefaya səsləyənlərin sayı kəskin artıb.

Ozan Zeybekun bu paylaşımından sonra isə Türkiyə idman şərhçiləri "Əgər Avcı bu komandanın başına keçərsə, heç nə dəyişməyəcək" deyə, TFF-nin belə bir təyinata imza atmasının yanlış qərar olacağını iddia edirlər.

Xatırladaq ki, vaxtilə milli komandann baş məşqçisi olan Abdullah Avcı keçirdiyi 18 matçda 6 qələbə, 8 məğlubiyyət və 4 heç-heçə əldə edib. 

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR