"Qalatasaray" Muslera ilə bağlı yeni qərar verdi

img

14-09-2023 [10:06]


Fernando Muslera "Qalatasaray"la müqaviləsini uzatmağa hazırlaşır. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 36 yaşlı qapçı ilə müqavilə daha bir il uzadılacaq.

Məlumata görə, "Qalatasaray" üstün performans ilə önə çıxan Fernando Musleranı buraxmaq fikrində deyil: "Klub uruqvaylı qolkiperlə 2024-cü ildə başa çatacaq müqaviləni daha bir il uzatmaq istəyir".

Xatırladaq ki, Muslera "Qalatasaray"da indiyədək 465 oyun keçirib. 36 yaşlı qolkiper bu oyunlarda 494 qol buraxıb, 167 matçda isə qapını toxunulmaz saxlayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR