"Beşiktaş" Qedson Fernandes ilə müqaviləni uzatdı: "Döyüşçü ruhum həmişə meydanda olacaq”

img

13-09-2023 [14:39]


"Beşiktaş" portuqaliyalı futbolçu Gedson Fernandes ilə müqavilənin 2026-2027 mövsümünün sonuna qədər uzadıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müqaviləni uzatmaqdan xoşbəxt olduğunu bildirən Fernandesin sözlərinə görə, "Beşiktaş"ın bir parçası olmaq onun  üçün qürurvericidir.

Portuqaliyalı futbolçu bildirib ki, azarkeşlərin onun haqqında müsbət fikirləri onu çox sevindirir: "Azarkeşlərimizə söz verirəm ki, "Beşiktaş" formasını geyindiyim müddətdə iddialı və motivasiyalı oynayacağam. Əlimdən gələn köməkliyi edəcəyəm. Mənim döyüşçü ruhum həmişə meydanda olacaq”. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR