“Sabah” Əlcəzair millisinin futbolçusunu transfer edib

img

13-09-2023 [14:15]


“Sabah” Əlcəzair millisinin futbolçusu İshak Belfodili transfer edib.

Mia.az xəbər verir ki, Premyer Liqanın gümüş mükafatçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Videorolik şəklində təqdim edilən yeni oyunçunun adı açıqlanmasa da, onun karyerası ərzində oynadığı klublar qeyd olunub. Məhz həmin videodan heyətə cəlb edilən futbolçunun 31 yaşlı Belfodil olduğunu müəyyənləşdirmək çətin deyil.

Qeyd edək ki, İshak Belfodil karyerası ərzində “Lion” (Fransa), “Bolonya”, “Parma”, “İnter”, “Livorno” (hamısı İtaliya), “Standard” (Belçika), “Verder”, “Hoffenhaym”, “Herta” (hamısı Almaniya) kimi tanınmış klubların formasını geyinib. Əlcəzair millisinin üzvü bu ilin yayında Qətərin “Əl-Qarafa” klubundan ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq