"Azərbaycanfilm"də yoxlama aparılır

img

11-09-2023 [14:01]


Hesablama Palatası Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında yoxlama aparır.

Kinostudiyanın direktoru Nazim Hüseynov APA-ya bildirib ki, hazırda yoxlama prosesi davam etdirilir.

"Hələlik yekun heç nə deyə bilməyəcəyəm. Auditorlar maliyyə, təsərrüfat və digər sənədlər üzrə yoxlamalar həyata keçirir. Ümumiyyətlə, bu cür yoxlamalara mən müsbət yanaşıram. Hər bir iş gedən müəssisədə sözügedən formada yoxlamaların aparılması zəruridir", - direktor qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb