TFF prezidenti: "Superkubokun finalı üç ölkədən birində keçirilə bilər"

img

08-09-2023 [22:49]


Türkiyə Futbol Federsiyasının (TFF) prezidenti Mehmet Büyükekşi "Fənərbağça" ilə "Qalatasaray" arasında keçiriləcək Superkubok finalının ölkə xaricində keçirilməsini istisna etməyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mehmet Büyükekşi kubok oyununun xaricdə keçirilməsini istədiklərini deyib: "Bu, İngiltərə, Qətər və ya Səudiyyə Ərəbistanı ola bilər. Artıq Səudiyyə Ərəbistanı futbol rəsmiləri ilə də danışıqlara başlamışıq. Əgər Türkiyədə oynasaq, əlbəttə ki, seçim Atatürk Olimpiya Stadionu olacaq".

Məlumata görə, TFF prezidentinin xaricdə oynamaq planı ölkədə futbolsevərlər tərəfindəbn kəskin etirazla qarşılanıb.

Xatırladaq ki, kubok oyununun vaxtı hələ dəqiqləşməyib.  

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR