"Başakşəhər" istefa verən  baş məşqçi ilə əl sıxışdı

img

07-09-2023 [10:27]


"Kayserispor"un baş məşqçisi Çağdaş Atan tutduğu vəzifədən istefa verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Başakşehir" klubu ilə anlaşıb.

Məlumata görə, "Başakşehir" Emre Belözoğlundan boşalan vəzifəyə Çağdaş Atanı gətirib: "Tərəflər prinsipial razılığa gəliblə\r. bir neçə günə imza atılması gözlənilir".

Xatırladaq ki, Çağdaş Atan bu mövsüm "Kayserispor"un başında 4 matçda oynayıb. O, bu oyunlarda 1 qələbə və 3 heç-heçə əldə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR