"Barselona"nın vaxtilə sınadığı "Beşiktaş"lı futbolçu 2-ci liqa komandası ilə anlaşdı

img

07-09-2023 [00:21]


Vaxtilə "Beşiktaş"da super istedad kimi göstərilən və gələcəyiə böyük ümid bəslənilən Məhəmməd Dəmirçi 2-ci liqa komandası ilə müqavilə imzalayıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 2-ci Liqa təmsilçisi “İskenderunspor” birinci liqada oynayan “Tuzlaspor”dan Məhəmməd Dəmirçini transfer edib.

Məlumata görə, klub onunla  2+1 illik müqavilə imzalayıb.

Xatırladaq ki, "Beşiktaş"ın bazasılnda yetişən və bu komandada oynadığı illərdə Məhəmməd Dəmirçi "Barselona" tərəfindən sınaq məşqinə dəvət olunub. Lakin Kataloniya komandası onun transferindən vaz keçib.

Məhəmməd Dəmirçi karyerası ərzində  “Beşiktaş”, “Qaziantep BB”, “Muscron”, “İstanbulspor”, “24 Erzincanspor”, “Şanlıurfaspor”, “Sarıyer” və “Tuzlaspor”da çıxış edib.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR