"Mançester Siti" Haalanda fantastik maaş ödəyəcək

img

06-09-2023 [14:41]


"Mançester Siti" ilə uğurlara imza atan Erlinq Haaland İngiltərə nəhəngi ilə yeni müqavilə imzalayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Mançester Siti" Erling Haaland ilə yeni müqavilə imzalamaq üçün qollarını çırmalayıb. 

Məlumata görə, norveçli hücumçuya çılğın müqavilə təklif etməyə hazırlaşan Britaniya nəhəngi Haalandın maaşını 22,8 milyon avrodan 38 milyon avroya yüksəldəcək: "Bundan əlavə, “Mançester Siti” klubu yeni müqavilədə "200 milyon avro ödəyən olsa, istənilən kluba gedə bilər" bəndini ləğv edəcək".

"Daily Star"ın xəbərinə görə. “Mançester Siti” 23 yaşlı hücumçu ilə 2027-ci ilə qədər müqavilə imzalayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR