KTN-də TALANÇILIQ: KİMDİR GÜNAHKAR? - DETALLAR
06-09-2023 [13:33]
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilir ki, Aqrar Xidmətlər Agentliyinin tabelində olan rayon (şəhər) baytarlıq idarələrinin 2021-ci ilin son aylarından həmin Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə birləşdirilməsinə baxmayaraq 66 regional baytarlıq və Dəmiryol Baytarlıq idarələrinin 2021-ci ilin əvvəlinə balansında qalmış 17,7 milyon manat dəyərində aktivlərin, eləcə də dəyəri 1,9 milyon manata bərabər olan müvafiq əmlakların auditin keçirildiyi müddətin sonunadək aidiyyəti üzrə təhvil verilməsi təmin edilməyib:

"Eyni zamanda audit zamanı Agentlik tərəfindən dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına razılıq verilmiş vəsaitlərin qaytarılmasının təmin edilmədiyi aşkarlanıb. Belə ki, “İkinci Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” layihəsinin revolver fondunda sərbəst qalan vəsaitin sonradan dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin etiraz etmədiyinə dair müvafiq dərkənarına əsasən açılmış maliyyələşmə hesabına xərclənmiş 2,7 milyon manat məbləğində vəsaitin müvafiq (dövlət) büdcə hesabatlılığında əks etdirilməsi, eyni zamanda qaytarılması, eləcə də qaytarılmaq şərtilə maliyyələşdirilmiş həmin vəsaitin maliyyə (mühasibat) hesabatlarında göstərilməsi təmin edilməyib.
Hesablama Palatasının Agentlikdə apardığı auditin nəticələrinə dair açıqladığı məlumatda həmçinin Epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının icrasında problemlərin mövcud olduğu deyilir.
Qeyd edilir ki, auditin nəticələrinə əsasən təsərrüfatlardakı heyvanların identikləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməməsi ölkə üzrə heyvanların statistik say göstəricilərinin bir o qədər də etibarlı olmadığını göstərməklə yanaşı, xəstəliklərin xüsusiyyətləri və arealı üzrə mümkün coğrafi (region və ya regionlar) məhdudiyyətlər bir qayda olaraq nəzərə alınmadan illik dövriliklə təsdiq olunan epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının əsaslandırılması səviyyəsinin də aşağı olduğunu deməyə əsas verir. Tədbirlər Planlarının icrasının real təşkili üçün regional strukturlar üzrə aylıq, rüblük hədəf göstəricilərinin müəyyənləşdirilməməsi, faktiki vaksinləşmənin istər elektron kənd təsərrüfatı informasiya sistemi, istərsə də hər-hansı digər əlaqəli proqram təminatı üzərindən elektronlaşdırılmasının təmin olunmaması bu sahədə problemlərin mövcudluğunu şərtləndirib.

Epizootiya əleyhinə 2022-ci ilin Tədbirlər Planı çərçivəsində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri nəticəsində heyvanlarda yaranmış immunitetin ümumi səviyyəsinin müəyyən edilməsi məqsədilə sentyabr-oktyabr aylarında təsadüfi seçmə üsulu ilə 30 şəhər və rayonda fəaliyyət göstərən fərdi təsərrüfatlarda keçirilmiş seroloji monitorinqlərin nəticələri onu deməyə əsas veriи ki, vaksinləşmə prosesinin yerinə yetirilməsi istiqamətində xərclənmiş vəsaitlərin səmərəlilik (nəticəlilik) səviyyəsi aşağı olub.
Audit yoxlaması nəticəsində Palata xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının uçotunda uyğunsuzluqlara rast gəlib. Belə ki, xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyat həddləri düzgün müəyyən edilməmiş, ehtiyatların uçotu intizamsız şəkildə aparılmaqla vaksinlərin əsasən faktiki sərfiyyata uyğun deyil, regional baytarlıq idarələrinə təhvil-təslim olunduğu zaman (yəni, faktiki sərf olunmadan) uçotdan silinməsinə yol verilmiş, maliyyə uçotunda əks etdirilmədiyi halda, auditin gedişatında regional baytarlıq idarələrində faktiki olaraq 1,4 milyon manat dəyərində istifadə edilməmiş vaksin qalığının mövcudluğu aşkar edilib.
Zəruri ilkin rəsmiləşdirmə aparılmadan, o cümlədən torpaq sahəsinin mülkiyyət (və ya istifadə) mənsubiyyəti, dəqiq ünvanı əks etdirilmədən, torpaq və ya təsərrüfat sahibinin və ya istifadəçisinin (fermerin) imzası ilə təsdiqlənmiş hər-hansı sənəd əlavə edilmədən, sifarişli əsaslar üzrə ikitərəfli (qarşılqılı) münasibətlərin şərtlərini tənzimləyən hər-hansı təsdiqedici sənəd olmadan (debitor və kreditor dövriyyələr və borclar üzrə uçot aparılmadan) yalnız birtərəfli qaydada aktlar tərtib edilərək (bəzi hallarda regional icra hakimiyyətlərinin və ya bələdiyyələrin nümayəndələri qeyd olunaraq formal təsdiqlənməklə) müxtəlif məzmunlu tədbirlərin icrası kimi ümumilikdə 2,1 milyon manat dəyərində pestisidlərin, dezinfeksiya və dezinseksiya məhlullarının uçotdan silinməsinə yol verilib ki, bu da eyni zamanda büdcədənkənar daxilolma potensialının tam rəsmiləşdirilməməsi risklərinin yüksək olduğunu deməyə əsas verib.
Mia.az xatırladır ki, düz 3 il əvvəl, daha dəqiqi, 6 sentyabr 2020-ci ildə keşmiş Kənd təsərrüfatı naziri İnam kərimov qəfil gedişlə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri, ixtisasca regionşünas Seymur Mövlayev nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri təyin edib.

O, bu vəzifədə Mirzə Əliyevi əvəz edib. Nazirin digər əmrilə AKİA-nın keçmiş sədri Mirzə Əliyev isə AXA-nın rəhbəri vəzifəsinə təyinat alıb.
Məlumat üçün qeyd edək ki, Seymur Mövlayev KTN-də İnam Kərimovun əsas adamı kimi tanınır.
AXA-ya rəhbər təyin olunan Mirəz Əliyev isə bu ilin yanvar ayında vəzifədən gedib.
Agentliyə rəhbərlik qurumun sədr müavini Cəfər Məhərrəmova həvalə edilib.
İndi sual yaranır, qanunsuzluqlara görə kim məsuliyyət daşıyacaq?
Xatırladaq ki, AXA Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 yanvar 2019-cu il tarixli fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi, elektron xidmətlərə keçidin sürətləndirilməsi, vətəndaş məmnunluğunun artırılması məqsədi ilə KTN yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb.
Samir
MİA.AZ
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib