Misli.az qadın futbolunu niyə bloklayır?
                17-09-2025 [12:57]
Ötən həftə UEFA-nın Çempionlar Liqasında qadınlardan ibarət komandalarının oyunları keçirilib. Maraqlıdır ki, bu nüfuzlu turnirin oyunları Misli.az-ın onlayn mərc portalında bloklanıb və mərc həvəskarları bu oyunlara pul qoymaq üçün problemlərlə üzləşiblər.
Xatırladaq ki, “Misli” və “Topaz” Azərbaycanda mərc oyunlarının keçirilməsində monopoliyaya sahibdirlər və vətəndaşlar digər alternativ platformalardan, o cümlədən xarici platformalardan istifadə edə bilmirlər.
Bu barədə Poliqon-a məlumat verən mərc həvəskarları bildiriblər ki, bu hal ilk dəfə baş vermir və qadın futbol komandalarının oyunlarına giriş Misli.az onlayn portalında davamlı olaraq bloklanır.
Azərbaycanda, xüsusən də misli.az-ın mərc platformasında bu halalrın davamlı baş verməsi belə bir fikir formalaşdırır ki, “Misli” qadın futboluna və idmanda gender bərabərliyinə qarşıdır.
Misli.az-ın mərc portalında qadın futbolunun bloklanması faktını aşağıda təqdim etdiyimiz linkdə də görə bilərsiz.
https://www.youtube.com/shorts/k988OWccPVs
Məsələ ilə bağı Poliqon “Misli”yə sorğu ilə müraciət edib. Sorğumuza aldığımız cavabda bildirilir ki, Nazirlər Kabinetinin 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 6.2-ci bəndinə uyğun olaraq, riskin idarə edilməsi mərkəzi hər hansı bir əsas göstərmədən müəyyən mərcləri qəbul etməmək səlahiyyətinə malikdir. Lakin buna baxmayaraq misli.az qadın futbol mərclərinin bloklanmadığını iddia edir və qeyd edir ki, bu sadəcə texniki problemlərlə bağlıdır.
Sorğumuza aldığımız cavabı olduğu kimi təqdim edirik:
““Misli” Azərbaycanda idman mərc oyunlarının keçirilməsində monopoliyaya malik deyil və oyun həvəskarları digər qanuni platformada da mərc edə bilirlər.
Nazirlər Kabinetinin 153 nömrəli qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 6.2-ci bəndinə uyğun olaraq, riskin idarə edilməsi mərkəzi hər hansı bir əsas göstərmədən müəyyən mərcləri qəbul etməmək səlahiyyətinə malikdir.
Sorğuda qeyd edilən UEFA-nın Çempionlar Liqasında qadınlardan ibarət komandalarının oyununa mərclərin qəbul edilməsi ilə bağlı hər hansı çətinlik baş verməyib və bütün mərclər qəbul edilib.
Sözügedən videoda görünür ki, istifadəçi saytımıza web səhifəsi vasitəsilə daxil olub və bir müddət hər hansı fəaliyyət göstərmədən qalıb, bu da texniki xətaya səbəb olub. Belə halda səhifəni yeniləmək kifayətdir.
Qeyd edək ki, ölkədə qeyri-neft sektoru üzrə ən böyük vergi ödəyicilərindən biri olan “Azərlotereya” ASC fəaliyyətində hər zaman gender bərabərliyini yüksək səviyyədə qoruyur.
“Azərlotereya” ölkədə idmanın, xüsusilə futbolun inkişafında daim aktiv iştirak edir. “Misli” brendimizin Azərbaycan Premyerliqasına 4-cü mövsümdür ki, baş sponsor olması, eləcə də futbol üzrə kişilərdən ibarət A milli komandaya dəstəyini misal çəkə bilərik. Bundan əlavə, “Misli” həm də ölkə voleyboluna, xüsusi ilə qadın voleyboluna böyük töhfə verir”.
Biz sorğumuza ətraflı cavab verildiyinə görə “Misli”yə təşəkkür edirik. Lakin bu cavabda bir neçə nüansa da diqqət yetirilməyi vacib hesab edirik.
Əvvala “Misli”nin Azərbaycanda idman mərc oyunlarının keçirilməsində monopoliyaya malik olmaması ilə bağlı iddasına nəzər salaq. Bilirik ki, Azərbaycanda xarici mərc platformaları qanunla qadağan edilib və ölkədə mərc platforması olaraq, ancaq “Misli” və “Topaz” fəaliyyət göstərir. xarici mərc platformaları qanunla qadağan edilməsi mübahisə obyekti olsa da, deməliyik ki, bu fakt belə bu iki mərc platformasını monopolistə çevirir. İşin digər tərəfi isə odur ki, Misli və “Topaz”ın mərc həvəskarlarına təklifləri demək olar ki, fərqlənmir və bu halda monopoliya göstəricisi olaraq qiymətləndirilə bilər.
Misli.az portalında yaşanan texniki problemlərə gəlincə, uzun müddət və hətta illərlə portalda yaşanan texniki problemlərin həll edillməməsi təəccüb doğurur. Verilən açıqlamadan belə çıxır ki, on minlərlə mərc həvəskarına ayrı-ayrılıqda səhifənin yenilənməsi ilə bağlı məlumat verilməlidir və bu da bir qədər gülünc mənzərə yaradır. Əgər “Misli” texniki problemləri həll edə bilmirsə, onda elə portalda da məlumat qoysunlar ki, texniki problem olarsa, səhifəni yeniləyin.
Digər tərəfdən, “Misli”nin cavabında qeyd olunduğu kimi, əgər süntyabrın 11-də UEFA-nın Çempionlar Liqasında qadınlardan ibarət komandalarının oyunlarında texniki problemlər olmayıbsa və bütün mərclər qəbul edilibsə, onda biz arzu edərdik ki, “Misli” həmin günün qadın futbolu ilə bağlı mərc statistikasını da cavaba əlavə edəydi.
Amma cavabda da qeyd olunduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən “Misli” mərcləri qəbul etməmək səlahiyyətinə malikdirsə, onda bu səlahiyyətindən də istədiyi vaxt istifadə etmək haqqına sahibdir və biz təbii ki, bu haqqa da hörmətlə yanaşırıq. Sadəcə “Misli” bu haqqından istifadə elədiyini bəyan eləsin, yetər.
Vergi məsələsinə gəlincə, qeyd edək ki, “Azərlotereya” ASC-nin ölkədə qeyri-neft sektoru üzrə ən böyük vergi ödəyicilərindən biri olması heç də o demək deyil ki, “Misli” bununla hardasa öyünməlidir. Çünki “Azərlotereya” ASC-nin bütün qazancı və ödədiyi vergilər mərc həvəskarlarının və küçə lotereya oyunlarının hesabına əldə olunur. Əgər “Azərlotereya” ASC istehsalla məşğul olsaydı və istehsal sahələrini inkişaf etdirərək qeyri-neft sektoru üzrə ən böyük vergi ödəyicilərindən biri olsaydı, onlar öyünməkdə haqlı olardılar. Hazırkı halda isə “Azərlotereya” ASC müxtəlif reklamlarla qumara sövq elədiyi Azərbaycan əhalisinin cibindən çıxardığı pullarla ölkənin qeyri-neft sektoru üzrə ən böyük vergi ödəyicilərindən biri olub...
Poliqon.info
Nepalda qar uçqunu olub - Yeddi nəfər ölüb, xəsarət alanlar var
Boluda dabaq xəstəliyi: 18 kənd və 4 məhəllə karantinə alınıb
İsrail Qəzzada həbs etdiyi fələstinliləri sərbəst buraxıb
Bodrumda 41 metrlik yelkənli qayıq "quma oturub"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş məmura bağlı olan şirkətlə 800 min manatlıq sövdələşmə olub
Osimhen UEFA-nın saytına müsahibə verib: "Çempionlar Liqasında fərq yaratmaq istəyirik"
İDEOLOJİ TƏRBİYƏ: Uzaq sahillərdə - Əli Cabbarov yazır
Romada 13-cü əsrə aid tarixi qüllə çökdü - Təmir zamanı (FOTO)
Alp dağlarında qar uçqunu: beş nəfər ölüb
Belçikada hərbi hava bazasında həyəcan - "F-16-ların yerlərini öyrənmək istəyirlər"
Sudanda vəhşət: 2 mindən çox insan qılıncla doğranıb - "Daha çoxunu öldürəcəyik" (FOTO)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Üzr istədi
Elton Məmmədov mülk və maşınlarını satıb
Əli Əsədov yeni qərar imzalayıb
Türkiyədə zəlzələ oldu - 4,9 bal gücündə
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Əlcəzairə rəsmi səfərə yollanıb
Balans pozularsa, on illərlə formalaşmış beynəlxalq sabitlik sistemi sarsıla bilər - TƏHLİL
Prokurorluğa qəbulla bağlı müsabiqə keçiriləcək
Keçmiş idmançı saxlanılıb - Etiraza çağırışa görə
Elariz Məmmədoğlunun kürəkəninə ağır cəza verildi - Məhkəmə prosesi
Daha bir vəzifəli şəxs həbs edilib - Rüşvət ittihamı ilə
İsrail Qəzzada atəşkəsi yenə pozub - Zolağa ağır zərbələr endirilb
Okan Buruk "Ayaks" matçına bu heyətlə çıxacaq - Siyahı
Ceyhun Bayramov türkiyəli partiya sədrini qəbul edib
İcra başçısı Süleyman Mikayılov həbs olunan müavini üçün kimə minnətçi düşüb? - Maraqlı iddia yayıldı
SOCAR-ın 100 milyon dollar dəyərində yeni isitqrazları... - 16-cı dəfə faiz ödənişi həyata keçirib
"Qarabağ" - "Çelsi" oyununun hakimləri açıqlanıb
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Milli Məclisdə kadr dəyişikliyi olub
Bakıda və rayonlarda leysan gözlənilir - Xəbərdarlıq
Ərdoğan Azərbaycana səfər edəcək
RAMİZ MEHDİYEVİN KÖMƏKÇİSİ DƏ TUTULUB - Səbəb + FOTO