Yağışlı hava bu tarixədək davam edəcək

img

17-09-2025 [15:28]


Yağıntılı havanın sentyabrın 21-dək davam edəcəyi gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlama verib.

O deyib kiki, yağışlı hava sentyabrın 21-i gündüzədək davam edəcək: "Bəzi yerlərdə yağışın intensivləşəcəyi, leysan yağacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur. Mülayim şərq küləyi əsəcək. Sentyabrın 19-da bəzi yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 19-24, dağlıq ərazilərdə 7-11 dərəcə isti olacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA