Sevgilisinin döyən futbolçu Braziliya milli komandasından qovuldu - FOTO

img

06-09-2023 [09:21]


"Mançester Yunayted"in futbolçusu Antoni keçmiş sevgilisini döydüyü üçün cəzalandırılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Qabriela Kavallini təhdid etməklə yanaşı, ona fiziki güc tətbiq edib.

Nəticədə sevgilisinin başı partlayıb. 

Qızın döyülməni təsdiq edən fotoları sosial media hesabında paylaşmasından sonra isə Braziliya Milli Komandasının rəhbərliyi onu heyətdən kənarlaşdırıb. 

Xatırladaq ki, ötən yay braziliyalı futbolçu Antoni "Mançester Yunayted"lə 95 milyon avroya müqavilə imzalayıb. O, indiyədək Braziliya Milli Komandası ilə 15 matça çıxaraq, 2 qol vurub. 

"Mançester Yunayted"in heyətində isə 47 matçda iştirak edən braziliyalı 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq