"Qalatasaray" telekanalla məşhur şərhçiyə qadağa qoydu: "Biz olduğumuz yerlərə girə bilməzlər"

img

06-09-2023 [09:32]


Məşhur şərhçi Ahmet Çakar Beyaz TV-də yayımlanan "Derin Futbol" proqramında "Qalatasaray"ın futbolçuları Zaha ilə Kerem arasında dava olduğunu iddia edib. 

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, onun bu açıqlaması "Qalatasaray"ın kəski netirazına səbəb olub.

Klub bu iddia barədə qəzəbli açıqlama yayaraq, bildirib ki, bu iddia ilə bağlı həm hüquqi addımlar atılacaq, həm də şərhçinin kluba məxsus bütün bazalara girişinə qadağa qoyulacaq: "Bundan sonra həmin TV və şərhçisi "Qalatasaray" İdman Klubunun keçirəcəyi bütün tədbirlərə girişi qadağandır"

Klub qeyd edib ki, artıq məsələ ilə bağlı TV və şərhçidən Radio və Televiziya Ali Şurasına və məhkəməyə müraciətlər olunub. 

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR