Lui van Qaaldan DÇ barədə etiraf: "Messinin kuboku qazanması üçün plan vardı..."

img

06-09-2023 [00:04]


Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal dünya çempionatının Lionel Messinin qazanması üçün əvvəlcədən planlanlandığını iddia edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Argentinanın Dünya Çempionatında (DÇ) qalib gəlməsinin planlaşdırıldığını iddia edən van Qal hakimlərin qərarlarında argentinalı futbolçulara isti münasibətinə diqqət çəkib: "Dünya Çempionatından çox danışmaq istəmirəm. Argentina millisinin necə qol atdı, biz necə... Ayrıca hakimlərin argentinalı futbolçulara münasibətində baxaraq hər şeyi anlaya bilərsiniz. Bunlaırn hamısının planlı olduğunu düşünürəm. Nəyə işarə vurduğumu, nə demək istədiyimi bilirsiniz. Messinin  dünya çempionu olması gərəkirdi. Mən belə düşünürəm".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR