Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-09-2023 [00:15]
Qoç - çətin və qarışıq gündür. Hadisələr gözlənilən istiqamətdə və məcrada inkişaf etmir. Köhnə problemlər yenidən bumeranq kimi qayıdır. Mənəvi cəhətdən hələ hazır olmadığınız qərarı qəbul etməli olacaqsınız. Əhvalınız dəyişə bilər. Gərginliklər və həyəcanlar istisna deyil.
Günün ikinci yarısında bütün diqqəti işə yönəldin. Ciddi uğurlara nail ola bilərsiniz. Özünüzü həddən artıq yormayın. Yaşam potensialının səviyyəsi aşağı düşəcək. Ağır işləri təxirə salın.
Buğa - pis gün deyil. Olayları soyuqqanlı və obyektiv dəyərləndirin. Emosiyalara qapılmayın, illüziyalardan qurtulun. Köhnə dostlarla bahəm, yeni tanışların məsləhətlərindən yararlanın. Hətta işə dəxli olmayan təsadüfi ifadə belə irəliləyişdə təkan ola bilər.
Günün ikinci yarısında yeni, genişmiqyaslı və mühüm işə başlamaq olar. Qarşınıza yeni məqsədlər qoyun. Maraqlı hadisələr və xoş tanışlıqlar ola bilər. Emosiyalarınıza hakim olun. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - tənbəllik və süstlük etməyin. Başladığınız işi nəyin bahasına olursa-olsun, başa vurun. Çətin, amma mühüm işi uğurla sonuclandırın. Maliyyə məsələlərini həll etmək olar. Az və müfəssəl olmayan informasiyadan da bəhrələnin. Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək. Əhvalınızın pisləşməsi istisna deyil. Narahat olmayın. Köhnə dostlarla ünsiyyət pozitiv emosiyalar bəxş edəcək.
Xərçəng - müsbət təmayüllərin təsiri güclüdür. Yaranmış şəraitdən normal faydalanmağa çalışın. Çətin, qarışıq işlərin öhdəsindən gəlmək üçün aktiv olun. Başqalarının bacarmadıqları, qarşısından geri çəkildikləri işi sonuclandırın. Yeni müttəfiqlər olacaq və onlar sizə yardım edəcəklər.
Günün ikinci yarısı dostlar və qohumlarla ünsiyyət, sevdiyiniz insanla görüş üçün əlverişlidir. Axşam saatlarında ailəvi istirahətə üstünlük verin.
Yeni tanışlıqlarda tələsməyin. İndi yalnız mənəvi dəstəyə ehtiyac duymayan insanlar da sizə can atırlar.
Şir - ötən həftənin sonlarında yaranan xoşagəlməz işlər və problemlərin fəsadları hələ də aradan qalxmayıb. Orijinal, qeyri-adi ideyalar effektiv ola bilər. Təcrübəli insanların məsləhətləri və formalaşmış ənənələrə zidd çıxmağa risk etmək olar. Riski zəruri sayırsınızsa, konkret addım atmazdan əvvəl yaxşıca düşünün.
Günün ikinci yarısı ünsiyyət və müzakirələr üçün pis deyil. İşgüzar və ya romantik məcralı qəfil təkliflər ola bilər.
Axşam saatlarında normal istirahət edin.
Qız - uzunmüddətli layihələrə xüsusi diqqət yetirin. Şəxsi münasibətlərdəki sərinliyi və ya yol verilmiş səhvi aradan qaldırın. Ciddi yanlışlıqlara yol verməyin.
Addımlarınızı və qərarlarınızı təhlil edin, mühüm işlərdə tələskənliyə yol verməyin. Ən yaxşı nəticəyə nail olmaq üçün nə etməyin gərəkdiyini anlayın.
Günün ikinci yarısında aktiv və enerjili olun. Kəmhövsələlik edirsinizsə, səfərə yollanın. Səyahət uğurlu olmaqla yanaşı, pozitiv emosiyalar bəxş edəcək.
Yeni tanışlıq sonradan faydalı ola bilər.
Tərəzi - işdə mümkün qədər ehtiyatlı olun. Bu gün yol verilən səhvlərin fəsadları hələ uzun müddət sizin üçün önəmli işlərə təsir edə bilər. İşdə həmkarlarınız və rəhbərliklə münasibətləri normallaşdırın. Maliyyə baxımından əlverişli gündür.
Günün ikinci yarısında gəlir əldə etməyiniz mümkündür. Əvvəllər gördüyünüz işə görə ödəniş və ya pul alacaqsınız.
Şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artacaq. Romantik təmaslar üçün pis zaman deyil. Sevdiyiniz insanla ünsiyyətdə qayğıkeş olun. Dəyər verdiyiniz insanları sevindirin.
Əqrəb - günün ilk yarısı uğurlu olacaq. Bir zamanlar yardım etdiyiniz insanlar sizinlə təmas quracaqlar. Onlarla tərəfdaşlıqdan faydalanmaq olar. Danışıqlar məhsuldar keçəcək. Peşəkar fəaliyyətlə bağlı maraqlı, qeyri-adi təklif ala bilərsiniz.
Günün ikinci yarısında müzakirə və ya diskussiyanı təxirə salmayın. Çalışdığınız insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Müzakirələri təxirə salmayın.
Peşəkar fəaliyyət müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də müəyyən çətinliklər istisna deyil. Sadəcə, sakit olun. Baş verənlərə emosional reaksiyanız nə qədər az olarsa, problemlərin öhdəsindən bir o qədər tez gələcəksiniz.
Oxatan - emosional fon əlverişli deyil. Ruhdan düşməyin, bədbinləşməyin. Yaşanan olayları, cərəyan edən prosesləri diqqətlə müşahidə edin. Durumu anlamağa çalışın. Sizə təsir edən hadisənin mahiyyətini anlamağa cəhd göstərin.
Problemlərin həllinə yaradıcı yanaşma pozitiv olmağa yardım edəcək
Günün ikinci yarısında ünsiyyət zamanı diqqətli olun. Sərt iradlar və kəskin tənqid zamanı deyil. Yaxın ətrafınızdakı insanlardan birinin xətrinə dəyə bilərsiniz. Güclü və zəif yönlərinizə bələd olan insanla çalışın. Yeni tanışlarla təmaslar zamanı aradakı məsafəni pozmayın.
Oğlaq - nöqsanlardan xali olmayan gündür. Lakin yaxşı məqamlar da var. Qeyri-adi situasiyada özünüzü göstərin, bilik və bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlarla bahəm, nüfuzlu şəxsin rəğbətini qazanmağa çalışın. Çətinliyə düşmüş insana yardım edin və bunun müqabilində mükafat, minnətdarlıq gözləməyin.
Günün ikinci yarısında yaradıcı yanaşma tələb etməyən rutin və cari işləri qulaqardına vurmayın. Yeni, maraqlı işlə məşğul olmaq istəyirsiniz. Bu, yalnız yaxınlarınızdan birinin məişət qayğılarının həllində sizə yardımçı olacağı təqdirdə mümkündür.
Dolça - bütün diqqəti işə yönəldin. Fikriniz dağınıq olmasa, önəmli saydığınız işlərdə nailiyyət əldə etmək üçün sayıq olun. Dəvət aldığınız tədbirə qatılın. Peşəkar maraq və fəaliyyət sahənizi bölüşən insanlarla aktiv təmasda olun. Günün ikinci yarısında yaxınlarınızla ünsiyyət adi günlərdən fərqli olaraq daha sərin alınacaq. Yaxın ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Qarşılıqlı anlaşmaya zərbə vurmayın.
Ailə üzvlərinə daha çox diqqət ayırın. Son günlər yaşanan olayları qulaqardına vurmayın.
Balıqlar - müsbət təmayüllərin təsiri güclüdür. Lakin kiçik problemlərin miqyasını böyütsəniz, özünüz üçün yeni çətinliklər yaradacaqsınız. Əsas məsələni ikinci dərəcəli işlərdən ayırın. Bütün diqqəti mühüm işə yönəldin. Bütün yeniliklər və dəyişikliklər işlərdə irəliləyişlərlə sonuclana bilər.
Günün ikinci yarısında ailədə ixtilaf yarana bilər. Emosiyalarınıza nəzarət etsəniz, münaqişəyə yol verməyəcəksiniz. Önəmli qərarları tələsik qəbul etməyin. Planlarınız və niyyətləriniz barədə kimsəyə danışmayın. Şəxsi münasibətlərdə hər addımı düşünərək atın.
Milli.Az
Avropadan Trampa ilk rəsmi dirəniş - Parlament ABŞ-la ticarət anlaşmasını müzakirədən çıxardı
Bərzani Papanın qəbuluna getdi: "Kürdlər üçün yardım istədim"
YPG 4 günlük atəşkəs anlaşmasını pozdu - Suriya əsgəri həlak olublar
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çempionlar Liqası: "Qarabağ” tarixi qolla Almaniya komandasını "devirdi" - VİDEO (Yenilənib)
BÜTÜN YOLLAR VƏTƏNƏ QAYTARIR
Prezident İlham Əliyev və ailə üzvləri Trampın iştirak etdiyi panel iclasda - FOTOLAR
Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun ikinci iclası olub
Türkiyədə zəlzələ olub
"Məktəblərdə dərslərin dayandırılmayıb"
Yeni icra başçısı onları vəzifədən azad etdi - Yeni təyinatlar
""Emruz" və "Ştutqart" mağazalar şəbəkəsini mən qurdum, dayım əlimdən aldı" - Keçmiş deputatla bacısı oğlu üz-üzə gəldi
Qanında narkotik çıxan aktrisa sükutu pozdu: "Görüntüsü yayılan maddə mənə məxsus deyil"
"Azərşəkər"in rəhbərliyi hakim qarşısına çıxarıldı
İcra başçının müavini ərizə yazıb, lakin...
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Zakir Fərəcov "alma ovu"na çıxan məmuru danladı
Ağcabədidə keçmiş məhkum 10 kiloqram narkotiklə saxlanılıb
İsrail hərbçiləri fələstinlilərin maşınlarını yandırıb
“Mənə dedilər ki, Röya xanım sildirib" - Niyaməddin Musayevin qızı ilə qohumu arasında qalmaqal yarandı (VİDEO)
Türkiyəni Sülh Komitəsində kim təmsil edəcək? - Ərdoğandan açıqlama
Prokurorluqda geniş əməliyyat müşavirəsi keçirilib
"Qalatasaray" "Napoli"nin oyunusu ilə anlaşıb
"Fənərbağça"nın baş məşqçisi: "Səbrsizliklə gözləyirik"
"Fənərbağça" məşhur futbolçusunu satdı
Dərnəgüldə obyektdəki yanğın söndürüldü - Açıqlamalar (YENİLƏNİR)
Texniki Universitet reytinq cədvəlində irəliləyib
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub
İkinci neft bumu və ya İlham Əliyev nəyə işarə edir? - TƏHLİL
PENSİYALAR ARTIRILACAQ - 53 manat...
"Əvvəlki toylar, qazanc da yoxdur, artıq..." - Nadir Qafarzadə
Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - SİYAHI
Pentaqon NATO-da əsgər sayını azaldacaq - Qərar verilib
Deputat: ""Əmək pensiyaları” haqqında Qanunda dəyişikliyə baxılsın"
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir
SOCAR-ın bankında dəyişiklik - Yeni sədr kimdir?
XANKƏNDİ ŞƏHƏRİNƏ İLK KÖÇ OLDU (YENİLƏNİB)
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir - Detallar
Ərdoğan partiya sədri ilə görüşəcək
Azərbaycanın Sülh Şurasına təsisçi üzv olmasında - ÜÇ MÜHİM MƏQAM
Sabah hava necə olacaq? - Proqnoz